Beren Saat: “Vətən xainliyindən...”

Türkiyəli aktrisa Beren Saat 11 universitetde keçirilən sorğuda “Ulusal Duruş Onur” mükafatına layiq görülüb.
Muztv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, mükafatı aldıqdan sonra aktrisa “Vətən xainliyindən Ulusal Duruş Onur mükafatına... Bir il vaxt keçdi. Həzm etmək çətindir, ancaq sonu yaxşı qurtardı. Yaxşı ki, Atatürk uşağıyam, bunları yaşayıram” deyə, açıqlama verib. Bereni uzun müddət alqışlayıblar.
Qeyd edək ki, Beren Saat seçkilər vaxtı yaşanan terror hadisəsinə görə “AK” partiyanı günahlandırmışdı. O, sosial şəbəkədə “Seçkilər insan həyatından vacib deyil. Heç kimi hədəf göstərməyin” deyə şərh qeyd etmişdi. Tənqid və təhqirlərə məruz qalan aktrisa daha sonra sosial şəbəkədən istifadəni dayandırmışdı.

Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
