Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
ULDUZ

Tuğba və Onur cütlüyü jurnalistləri məhkəməyə verdi

03-03-2017


Türkiyəli məşhur aktyorlar Tuğba Büyüküstün və həyat yoldaşı Onur Saylak bəzi qəzetləri məhkəməyə verib. 

Muztv.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb həmin mətbu orqanların cütlüyün boşanacağını və evlilikdən kənar münasibətinin olduğunu iddia etməsidir. Cütlük 50 min TL (təxminən 24 min AZN) məbləğində təzminat tələb edib. Məhkəmə kağızında "Tuğbanın Onura xəyanət etmədiyi və boşanmaq istəmədikləri" qeyd olunub. 

Həmçinin bildirib ki, xəbərlərdə 5 yaşlı 2 uşaq anası Tuğbanın "ev dağıdan və aldadan", Onurun isə "aldadılan həyat yoldaşı" kimi göstərilməsi cütlüyün iş həyatına da mənfi təsir edib.

Tuğbanın İbrahim Kutluay və Kıvanç Tatlıtuğla birlikdə olması ilə bağlı xəbərlərin böhtan və təhqirdən ibarət olduğu yazılıb. 

Cütlük qəzetdən təzminat tələb olunmasını, evlilikləri haqqında xəbərlərin yazılmasına qadağa qoyulmasını və yayılan xəbərlərin çıxarılmasını tələb edib.

574 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti