Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
ULDUZ

Keti Perri sevgilisindən ayrıldıqdan sonra ilk dəfə

03-03-2017


Keti Perri sevgilisi Orlando Blumdan ayrılıqdan sonra ilk dəfə açıqlama verib.

Muztv.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 32 yaşlı müğənni 40 yaşlı Orlando ilə gələcək haqqında eyni düşünmədiklərini və dost kimi ayrıldıqlarını deyib. İfaçı hisslərini Tvitterdə bölüşüb: “Dünyaya 2017-ci ildən baxmaq necədir? Keçmişdəkilərlə dostluq etmək və onları sevmək olar. Zərərçəkən və qurban yoxdur. Həyatdan zövq alın”.

Media nümayəndələrinin sözlərinə görə, Orlando Blum münasibətlərinin davam etməsini istəmirdi: “Onlar üçün birlikdə hər şey asan və maraqlı olanda münasibət Orlandoya xoş gəlirdi. Amma evlənməyi və ailə sahibi olmağı düşünmürdü. O, heç vaxt münasibətə ciddi yanaşmayıb. Özünü elə aparıdı ki, sanki ayağının biri qapının arxasındadı və Keti də bunu hiss etdi”.

Ayrılıqdan sonra isə Blumun 1 ilə yaxındır münasibətinin olduğu ortaya çıxıb. O, artıq yeni bir qızla tanış olub. Görünür, ayrılıq Keti Perriyə də düşərli olub. Belə ki, müğənni bütün tədbirlərə qatılır, kameralara gülümsəyir, şəkillərini sosial şəbəkədə paylaşır.







592 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
















2 Mart