Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
ULDUZ

Fatimə: “Məni təəccübləndirən hədiyyə olmayıb”

02-03-2017


“Hazırda “Banu” rəqs məktəbində tələbələrimizlə birgə Novruz şənliyinə aid gözəl bir konsert hazırlayırıq”

Bu sözləri Muztv.az-a müsahibəsində rəqqasə Fatimə Fətəliyeva yaradıcılığındakı yeniliklərdən danışarkən deyib. O,konsertdə ənənəvi repertuarı ilə yanaşı, yeni rəqslərini də nümayiş etdirəcəyini vurğulayıb. 

Sosial şəbəkələrdə ismarışlı mesajlar ünvanlayan rəqqasə:

“Hamımızın həyatında belə insanlar var. Üzünüzə gülür, amma deyə bilmədiyi sözü arxanızca danışır. Bu zəmanədə təkcə müğənnilərin yox, hər kəsin həyatına belə hadisələr baş verir. O sözləri konkret kiməsə ünvanlamamışam. Amma son zamanlar mənə statuslar həsr edirlər. Bu haqda tez-tez eşidirəm”- deyə, qeyd edib. 

Rəqqasə, həmçinin xəstəliyiylə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyib: 

“Yayılan xəbərlər yalandır. Həyatda ən əsası can sağlığıdır. İstəmərəm ki, sənət yoldaşlarımdan kimsə xəstəlikdən əziyyət çəksin. Son zamanlar bir neçə sənətçimizi itirdik. Mən bundan çox təsirlənirəm. Zaman keçdikcə başa düşürsən ki, həyatda hər şey boşdur. Bir-birinin ayağının altını qazmaqla heç nə əldə etmək olmur. Hərmişə sülh tərəfdarı olmuşam. Allah mənə uzun ömür versin ki, övladlarımın toyun görüm”.

8 mart- Qadınlar günü ilə bağlı da danışan Fatimə qeyri-adi hədiyyə gözləmədiyini deyib:

“Məni təəccübləndirən hədiyyə gözləmirəm. Olmayıb, olmayacaq da…Amma mənim xanımlara bir sürprizim var. Hazırda 8 martla bağlı layihə üzərində çalışıram. 8 gözəl sənətçini bir araya toplamışam. Onlar 8 dünya xalqının rəqslərini nümayiş etdirəcəklər. İstədim ki, layihəmdə bəzi gənc müğənnilər də iştirak etsin, amma müsbət cavab ala bilmədim. “Əgər filankəs varsa, mən qatıla bilmərəm kimi” problemlerlə qarşılaşdım”.

Layihəsin təqdimat keçirməyi düşünməyən rəqqasə onu sosial şəbəkə vasitəsiylə piar etmək fikrindədir:

“Fidan Axundova hind gözəli, rəqqasə Renka ərəb gözəli, Mən Azərbaycan gözəli obrazını canlandırmışam. Hind gözəli obrazını ona görə Fidana verdim ki, onunla çox bənzəyirik. İstəyirəm, başqa sənətçilər də görsünlər ki, belə layihələrdə çıxış etmək lazımdır”.











666 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
















2 Mart