Müğənni ifaçının borclarını ödəyəcək
Aktrisa efirdən ayrı düşəcək
Aktyor xanımına böyük məhəbbətini gizlətmədi
Snup Doqun paylaşımı böyük maraq doğurdu

Facebook instagram Twitter Youtube
ULDUZ

Nigar Camal: “Dekolteli libas geyinməkdən çəkinmirəm” 

02-03-2017


Dünən baş tutan “Stalinin başı” filminin qala gecəsində “Avroviziya 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal da iştirak edib. 

Müğənni muztv.az-a müsahibəsində filmə hələ baxmadığını bildirib: 

“İngiltərədə olanda “Bozbaş Pictures”i izləyirdim. Əminəm ki, çox gözəl film alınıb”. 

İfaçı sinə dekolteli libaslarından da danışıb:

“Geyimlərimi özüm seçirəm. Sinə dekolteli paltarlarda narahat olmuram. Çünki artıq neçə ildir ki, Londonda yaşayıram. Belə geyimlər normal qəbul olunur”. 

Nigar Camal İngiltərə şou-biznesinə qatılmaq istəmədiyini deyib: 

“Gedib-gəlmək mənim üçün daha maraqlıdır. İnsan zamanla hər şeyə alışır. Buraya tez-tez gəlirəm, çünki işlərimiz çoxdur, dostlarım və ailəm buradadır. İngiltərə şou-biznesində olmaq istəməzdim, oranı bilsəydiniz, siz də sevməzdiniz. Mən orada anayam, başqa dünyayla maraqlanmıram. Övladlarım orada doğulub və təhsil alır. Azərbaycan dilində çox az danışa bilirlər. İngiltərədə daha rahat yaşayıram. “Avroviziya”dan artıq 6 il keçib, onlar məni yanlız birinci il tanıyırdılar”. 

Müğənni bu il ölkəmizi “Avroviziya”da təmsil edəcək Diana Hacıyevadan da söz açıb: 

“Diana Hacıyevanın neçənci yerə çıxacağını bilmirəm, amma digər iştirakçılardan tamam fərqlidir. Məncə, maraqlı iştirakçı olacaq. Ən azından hər il eyni tipli namizədlər göndərsək, maraqlı alınmaz”. 
Azərbaycan filmləri ilə bağlı sualı: “Azərbaycan filmlərini çox izləməmişəm, bu, baxdığım ikinci film olacaq” – deyə, cavablandıran N.Camal gözəl film təklifi gələrsə, qəbul edəcəyini bildirib. 

Nigar şəxsi həyatı ilə bağlı suallari da cavablandırıb: 

“Şəxsi həyatımdan danışmağı sevmirəm. Dəfələrlə demişəm ki, həyatımda heç kim yoxdur. Vaxtımı boş insana sərf etməkdənsə, tək qalmaq daha yaxşıdır. 8 martda hədiyyə gözlədiyim özəl bir insan yoxdur, olmağını da istəmirəm”.









605 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
















2 Mart