İslam Mehrəliyev: “Allah onları bloka atıb, bədbəxt adamlardır”

Bir müddət öncə baş rollarından birini canlandırdığı “Bayram axşamı” filmi ilə gündəmə gələn aparıcı-aktyor İslam Mehrəliyev ekran əsərinin gətirdiyi uğurdan söz açıb.
Muztv.az-ın məlumatına görə, o, filmin rekorda imza atdığını deyib: “Bayram axşamı” filmi Azərbaycanda ilkə imza atdı, hələ belə bir şey olmamışdı. Film 3 günə 17-18 min baxış əldə etdi” .
Filmlərin gəlirindən söz açan İ.Mehrəliyev bu haqda kifayət qədər informasiyasının olmadığını iddia edib: “Mən aktyor kimi qonorarımı alıram, çəkilirəm qırağa. Daha bilmirəm ki, ordan nə qazanırlar” .
Sosial şəbəkə istifadəçilərinin təhqiramiz şərhlərindən də danışan aktyor “Efirdə bir kəlmə söz danışırsan, götürüb bunu xəbər edirlər. Camaat isə altına ağzına gələni yazır. O insanları Allah onsuz da bloka atıb, bədbəxt adamlardır. Pis insanın könlündən pis, yaxşının isə yaxşı əməllər keçir. Mən pis əməli, niyyəti olanlara cavab vermirəm. Niyə də özümü onların səviyyəsinə salmalıyam?!”- deyə vurğulayıb.
Övladı haqqında da fikir bildirən İslam onun gələcəkdə bu sahə üzrə işləməsinə müsbət yanaşır: “İncəsənətə böyük marağı var. Muğam eşidəndə sakitləşir. Əgər mənim yolumu getmək istəsə, bu sahədə istedadı olsa, qarşısını almaram”.
Fotolar:
Emin Məmmədov



Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
