“İlk dəfə televiziyaya açıq-saçıq görüntüləri mən gətirmişəm”

Xalq artisti Faiq Ağayev ekran əsərlərindəki açıq-saçıq görüntüləri ilk dəfə Azərbaycana özünün gətirdiyini iddia edib.
Muztv.az-a açıqlama verən sənətçi yaxşı ssenarisi olan romantik filmdə rol almaq istədiyini söyləyib:
“İlk dəfə televiziyaya açıq-saçıq görüntüləri mən gətirmişəm. ”Sən elə bilirdin” və “Aldatdı məni” kliplərimdə elə görüntülər olub . Rejissor tərəf müqabili kimi seçsə, onunla da razılaşaram. Mən deyə bilmərəm ki, filankəsi istəyirəm. Çəkiliş meydançasında əsas insan rejissordur, nə desə, o da olmalıdır. Tərəf müqabilim timsahdırsa, gərək uzanım”.
F.Ağayev tələb etdiyi qonorardan da söz açıb:
“Təbii ki, Hollivudda olan qonorardan istəməyəcəm. Hazırda rejissorlarımız çətinliklərlə üzləşir, düşünürəm ki, onlarla dil taparam. Baxır filmə, vətənpərvərlik mövzusunda olsa, ümumiliyyətlə pulsuz çəkilərəm” .
Sevda
Fotolar:
Emin Məmmədov


Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
