ULDUZ
Bred Pitt keçmiş həyat yoldaşıyla yazışır?
01-03-2017

Qərb mediası Bred Pittlə Ancelina Coli cütlüyünü müzakirə etmək üçün yeni mövzu tapıb.
Muztv.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun keçmiş həyat yoldaşı Cennifer Enistonu ad günü münasibəti ilə təbrik etdiyi deyilir. Onun 2005-ci ildə ayrıldığı Cenniferdən çətin günlərində dəstək almaq istədiyi iddia olunur. 5 illik münasibəti olan cütlüyün keçmiş həyatlarından və Ancelina haqqında söhbət etdikləri deyilir.
Qeyd edək ki, Cennifer Eniston dəfələrlə müsahibələrində həyat yoldaşı Castin Teruyla xoşbəxt olduğunu və keçmişə qayıtmaq fikrində olmadığını deyib.

618 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
2 Mart