ULDUZ
Beyonsun yerinə onu seçdilər
01-03-2017

Hər il ABŞ-ın Kaliforniya ştatında keçirilən “Koaçella” festivalında bu il Beyonsun yerinə Ledi Qaqanın səhnə alacağı açıqlanıb.
Muztv.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, əkiz uşaq dünyaya gətirməyə hazırlaşan dünyaca məşhur müğənni Beyons həkimlərin məsləhətinə görə səhnəyə çıxmaqdan imtina edib.
Bu səbəbdən festivalda L.Qaqanın iştirakı dəqiqləşib. Qaqanın “Super Bowl”dakı möhtəşəm səhnə şousundan sonra “Koaçella” festivalında da unudulmaz gecə yaşadacağı gözlənilir. Aprelin 15-dən 22-dək reallaşacaq gecə ilə bağlı Ledi İnstaqram hesabında da məlumat verib.




487 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Mart
2 Mart