ULDUZ
Keti Perri və Orlando Blum ayrıldı
01-03-2017

Hollivudun məşhur cütlüyü müğənni Keti Perri və aktyor Orlando Blum ayrılıb.
Muztv.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar bu barədə məlumatı “Us weekly” qəzetinə verdikləri açıqlamayla təsdiq ediblər. 1 ilə yaxındır birlikdə olan sevgililərin ayrılma səbəbi isə, Orlando Blumun əyləncə gecələrinin birində Selena Qomezlə vaxt keçirməsi olub. Müğənni Keti Peri onu bağışlasa da, bu dəfə ayrılmaq qərarına gəlib: “Haqqımızda çirkin dedi-qodular çıxmadan sevgi və hörmət çərçivəsində ayrılmağa qərar verdik”.
Qeyd edək ki, cütlük ən son “Oskar” mükafatlandırma mərasimində bir araya gəlib.


534 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
4 Mart
3 Mart