Rihanna mükafat aldı

Barbadoslu müğənni Rihanna ABŞ-ın və dünyanın ən məşhur universitetlərindən biri olan “Harvard” tərəfindən “2017-ci ilin humanitar insanı” mükafatına layiq görülüb.
Muztv.az-ın xarici mətbuatına istinadən verdiyi məlumata görə, 29 yaşlı dünya ulduzu dəvətə klassik geyimdə gedib.
Mükafat alan Rihanna çıxışında “İnsanlara yardım əli uzatmaq üçün varlı olmağınıza, məşhur universitetdə təhsil almağınıza ehtiyac yoxdur” deyib.
Xatırladaq ki, Barbadoslu müğənni “Bridctaun”dakı “Şahzadə Elizabet” xəstəxanasında sinə xərçəngindən əziyyət çəkənlərin müalicəsi üçün ən son avadanlıqlarla təchiz olunmuş mərkəz yaratmışdı. Bununla yanaşı Rihanna inkişaf etməkdə olan ölkələrdə uşaqlara təhsil imkanı verən “Global Citizen”in elçisi vəzifəsini də yerinə yetirir.




Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
