Rita Oranın sərvəti açıqlandı 
Aktrisa paylaşımına görə tənqid olundu
Mənzurə qalmaqallı geyimindən danışdı - video
Müğənnilər dostluqlarını pozdular

Facebook instagram Twitter Youtube
ULDUZ

Yerli ulduzlarımız maraqlı hadisələrlə gündəmə gəldi

22-08-2012


    Əməkdar artist Aybəniz Haşımovanın 44 yaşı tamam olur. O, 1968-ci il avqustun 22-də anadan olub. Yaradıcılığa erkən yaşlarından başlayan sənətçi “Bülbüllər” qrupunun yaradıcısıdır. Müğənni özünün “Facebook” profilində ünvanına yazılan xoş sözlərdən məmnunluğunu ifadə edib. Biz də öz növbəmizdə əməkdar artistimizi təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.
    Səidə Dadaşova iki naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə müğənni səsyazma studiyasına gedərkən baş verib. O, avtomobilini gecə klublarının birinin qarşısında saxlayıb və klubdan çıxan 2 naməlum şəxs sərxoş halda ona atmacalı sözlər deyib. Buna dözməyən Səidə onlara cavab verib və münaqişə yaranıb. Təqsirləndirilən şəxslər polis bölməsinə aparılıb. Hazırda müğənni çox gərgindir və şokdan ayılmayıb.
    Avqustun 27-də əməkdar artist Tünzalə Ağayeva Beynəlxalq Muğam Mərkəzində konsert verəcək. Tədbir Güney Azərbaycanda baş vermiş zəlzələ zamanı əziyyət çəkən insanlar üçün xeyriyyə məqsədilə həyata keçirilir. Konsert zamanı təsirli musiqilər səslənəcək. Tədbirdə müğənni Əbdül Xalidin çıxışı da gözlənilir.
    Tanınmış estrada ulduzu Samir Bağırov yenidən gündəmə gəlib. İfaçı söz və musiqisi İsmayıl Əsədova məxsus olan “Daha bacarmıram sənsiz” manhısına çəkdirəcəyi klipdə bığ və saqqalla kamera qarşısına keçəcək. Sənətçi yeni-yeni ifaları ilə pərəstişkaralarını sevindirəcəyini vəd edir.
    Ayan Babakişiyeva Bodrum istirahətini tamamlayaraq, Bakıya qayıdıb. Azərbaycana gələr-gəlməz o, yenidən yaradıcılıq işləri ilə məşğul olmağa başlayıb. “Yetərincə müsbət enerji topladığım üçün qərar verdim ki, mahnılarımdan birinə klip çəkilsin. Heç düşünmədən “Ya ona dön”ü ekranlaşdıran rejissor Ceyhun İbrahimoğluna müraciət etdim. Mahnının bəstəkarı Xanım İsmayılqızı yazıçı-jurnalist Rəşad Məcidin sözlərinə ikinci bir hiti ərsəyə gətirdi”- deyə o, bildirib. Müğənni həmçinin vurğulayıb ki, rejissor və komandası artıq ssenarini hazırlayıb.

 

Xəyalə Əzizova

Muz-Tv.az
 

1080 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Dekabr
















30 Noyabr