Aktrisa “Ferhat ile Şirin”də rol alacaq
Aysel iddialara cavab verdi
Lolitanın əri ilə ayrılıq səbəbi bəlli oldu
Dünya şöhrətli aktyor bənzərsiz olmaq istəyir

Facebook instagram Twitter Youtube
ULDUZ

Şəxsi həyatında yenilik edən ulduzlar

26-07-2012


     Aygün Kazımova artıq çəkidən necə xilas olmasından söz açıb: “Özümü xoşbəxt hiss edəndə daha çox arıqlayıram. Depressiyaya düşəndə isə heç nəyə əhəmiyyət vermədən yeyirəm”. Xalq artisti onu da etiraf edib ki, əvəllər bədəninin müxtəlif yerlərinin formasını dəyişsə də, daha buna ehtiyac duymur.
    Türkiyənin populyar aktrisalarından biri olan Sibel Tunagöl Mehmet Çeliklə ailə qurub. Cütlüyün toyu yaxınlarını çox heyrətləndirib. Çünki onlar heç kimə xəbər vermədən Yunanıstanda evlənib. Qeyd edək ki, akrtisanın oğlu Sədri də anasının yenidən ailə qurmasına etiraz etməyib.
     Səhnə ilə iki il əvvəl vidalaşan müğənni Ruhi İstanbul kilinikaların birində əkiz oğlan dünyaya gətirib. Əkizlərə isə Məhəmməd və Həsən adları verilib. Bu barədə məlumatı prodüser Tarix Əliyev verib. Onun sözlərinə görə, hazırda ana və uşaqları özlərini yaxşı hiss edir.
     Müğənni Avraam Russo və həyat yoldaşı Morella ad gününü qeyd edib. Eyni gündə dünyaya gələn cütlüyün xoş günüdə dostları da iştirak edib. Qeyd edək ki, Avraam Russonun 43, Morellanın isə 30 yaşı tamam olub.
     Miri Yusifin yeni klipi işıq üzü görüb. “Məktub” adlanan klipin çəkilişləri Quba rayonun Xınalıq kəndində aparılıb.
    Oksana Rəsulova teleaparıcı olmaq istəyir. Bu barədə məlumat verən rəqqasə bir neçə layihə üzərində çalışdığını deyib. “Əminəm ki, həmin verilişlər tamaşaçıların qəlbini fəth edəcək” söyləyən hind rəqslərinin ifaçısı layihəsinin təsdiqlənməsini gözləyir. Xatırladaq ki, Oksana Rəsulova iki il aparıcı işləyib.
      Türkiyənin məşhur müğənnisi Sərdar Ortac məhkəməyə verilib. Sevgilisi ilə istirahət edən sənətçi qaldığı oteli ayağa qaldırıb.  Belə ki, VİP salonda istirahət edən Sərdar telefonunun itdiyini söyləyib. Otel rəhbərliyi də daxil olmaqla hamını ətrafına toplayan müğənni bu məsələdə işçiləri günahlandırıb. Oğurluqda ittiham olunan 6 nəfər işdən qovulub. Hadisədən bir gün sonra ifaçının telefonunu avtomobildə unutduğu bəlli olub. Hazırda işdən qovulan 6 nəfər müğənnini məhkəməyə verərək, təzminat tələb edir.

Xəyalə Əzizova

Muz-Tv.az
 

814 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr


























20 Oktyabr