Müğənni başdan ayağa ağ geyindi
Aktrisa vaxtını restoranda keçirir - foto
Sevda Sanəliyeva suallardan yayındı
Müğəni Avropa konsertini təxirə saldı

Facebook instagram Twitter Youtube
ULDUZ

Ceyhun Nemetov: “Mənim oxumaq tərzim başqadır”

26-07-2012


      Yeni mahnılar üzərində işləyən Ceyhun Nemətov nəhayət ki, klip çəkdirmək qərarına gəlib. Sözləri Namiq Qaraçuxurluya, musiqisi Hacı Nazimə aid “İllər sonra” adlanan mahnı görünür müğənninin ürəyinə çox yatıb. İşlədiyi bəstəkarların tanınmış olub olmamasına bir o qədər də fikir verməyən Ceyhun uzun müddət klip çəkdirməməsini belə əsaslandırıb: “Klip çəkdirib efirə vermək üçün külli miqdarda pul lazımdır. Mən isə ailəli olduğuma görə israfçılıq eləmirəm,ailəmə xərcləyirəm o pulu”deyə açıqlamasında bildirib.
     Hansı mahnısına ekran həyatı verəcəyini hələ qərarlaşdırmayan müğənni öz ifa tərzindən də danışıb. “Mənə elə gəlir ki,mənim oxumaq tərzim başqadır. Mən oxuyanda mənim avazımdan,səsimdən bilinir ki,Ceyhun oxuyur ”.
    Müğənniliklə yanaşı, bəstəkarlıqla da məşğul olan Ceyhun Nemətov nədənsə ərsəyə gətirdiyi işləri təqdim etmir. Buna səbəb isə bəstəkar kimi özünü təqdim etməkdən utanması olub.
    Müğənni həmçinin qeyd etdi ki, bəstələdiyi mahnıların ilham mənbəyi musiqiyə olan sevgisindən qaynaqlanır.

Ülviyyə Xəlilbəyli
Rüfət Qarayev

Muz-Tv.az
 

1461 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
15 İyul








































14 İyul