Beren Saat və Kənan Doğulu birlikdə - foto
Keti Perri özünü şam ağacına bənzətdi - foto
Beyons konsert vermək istəmədi
Eldar saçını yaşıl rəngə boyadı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhurların yay istirahəti və yaradıcılıq yenilikləri

21-07-2012


     Türkiyənin pop ulduzu Hadisə siyasətçi olmaq fikrinə düşüb. “Mən də 50 yaşında siyasətlə məşğul ola bilərəm”- deyən pop ulduz hədəfinin hər zaman yüksəlmək olduğunu söyləyib:sitat: “Əgər qazanmaq istəyirsənsə, ancaq hədəflərini düşünəcək və başqaları ilə maraqlanmayacaqsan . Kimin nə dediyi vacib deyil, mən hər zaman işimlə məşğulam”.
     Tanınmış müğənni Rəqsanənin yenə də başına iş gəlib.Yenicə Tailand istirahətindən qayıdan müğənninin üstünə dolabın qapısı düşüb. Nəticədə Rəqsanə müxtəlif bədən xəsarətləri alıb.Sitat.”Gecə dolabdan nəsə axtarırdım. Birdən qapısı çıxıb,üstümə düşdü. Şükür ki, dəhşətli bir şey baş vermədi, amma bütün sinəm yaradır və ağrıyır” –deyə ifaçı məsələyə münasibət bildirib.
      Hollivud aktisası Holli Berri “The Hive” filminin çəkilişləri zamanı yaralanıb. Aksiyon səhnələri çəkilərkən yüksək yerdən düşən sənətçi Los-Ancelesdəki xəstəxanaya aparılıb. Başını betona vuraraq yaralanan Oskarlı aktrisanın sağlamlığı barədə hələ ki, açıqlama verilməyib. Qeyd edək ki,45 yaşlı ulduz triller janrındakı filmdə başı bəlada olan qıza kömək eləməyə çalışan bir “911” işçisini canlandıracaq.
     Müğənni Leyla Ramazanlı bu ay üç xarici ölkədə: Türkiyə, Fransa və İspaniyada istirahət etməyi planlaşdırır. İfaçı yeni klip və mahnısını sentyabr ayından dinləyicilərə təqdim edəcək.
     55 yaşında vəfat edən xalq artisi Məmmədbağır Bağırzadənin doğum günüdür. 1950-ci ildə 21iyul Bakının Nardaran kəndində dünyaya gələn sənətkarı televiziyaya gətirən və onun yaradıcılığında xüsüsi rol oynayan bəstəkar Ələkbər Tağıyev olub. O, “Sənli günlər”, “Axşamlar”, “Ana” , ”Belə qəmli dayanma”, “Azərbaycan oğluyam” və saysız-hesabsız mahnılar müəllifidir. Məmmədbağır Bağırzadə öz gözəl səsi ilə hər kəsin qəlbində yaşayıb və yaşayacaq.
     Türkiyəli müğənni və aktrisa Sevda Dəmirəl Nişantaşında sevgilisi Akın Karacanın qucağında alış-veriş edib və bu həm ətrafdakıların, həm də mətbuatın marağına səbəb olub. Jurnalistlərə sevgilisini təqdim edən Dəmirəl artıq onunla kəbin kəsdirdiyini də bildirib.
     Xalq artisti Nazpəri Dostəliyeva iyulun 23-ü Maldiv adalarına ailəsi ilə birlidə istirahətə gedəcək. Bu barədə məlumatı müğənninin köməkçisi yayıb.Onun sözlərinə görə, sənətçini sentyabr ayından yeni imicdə də görmək mümkün olacaq. Sənətçinin yenilikləri bununla bitmir, xalq artisti həmçinin Türkiyənin məşhur şairəsi Meliha xanımın yazdığı yeni bir mahnı da ifa edəcək.

Xəyalə Əzizova

Muz-Tv.az
 

786 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
14 Dekabr










































13 Dekabr