Müğənni ikinci dəfə ata oldu
Ebrunun fanatları axın etdilər
Müğənni və aktrisa İtaliyada bal ayındadır
Nura Susi Türkiyədə dincəlir - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

Ölçüsünə uyğun ayaqqabı tapmayan Röya, konsertdə çətin anlar yaşayıb

23-07-2012


      Milli Mətbuat Gününün 137 illiyi münasibətilə Bakının dəbdəbəli məkanlarından biri olan “Buta Palace”-da Röya Ayxan və rusiyalı müğənni Leonid Aqutinin “Bakı-Moskva” adlı konserti keçirilib. Aparıcı Nəsib Nur hər kəsi salamlayaraq səhnəyə ilk olaraq Aqutini dəvət edib. Mahnıları ilə tamaşaçılarını ötən illərə qaytaran Rusiya estradasının tanınmış siması musiqi alətlərində etdiyi ifa ilə də marağa səbəb olub.
     Texniki fasilədən sonra səhnəyə azərbaycanlı müğənni Röya dəvət alsa da, səsi gələn ifaçının özü görünməyib. Tamaşaçılarını intizarda saxlayan müğənni, az sonra “Röyayam” ifası ilə göydən səhnəyə enib və şərəfinə konsert verdiyi mətbuat nümayəndələrini təbrik edib.
    Qonaqlar arasında bir zamanlar Röya ilə küsülü olan Zamiq də yer alıb. *** Solo ifaları ilə yanaşı, səbəbkar Samira Allahverdiyeva, Zamiq Hüseynov, Samir Cavadzadə, Niyam Səlami ilə duetlərinə də yer ayırıb.
    Ən hit ifalarını səsləndirən Röya, Murad Arifə aid yeni mahnısını da həmin gün tamaşaçılara təqdim edib. Gələn qonaqlarla səmimi ünsiyyət yaradan müğənni, konsertini media nümayəndələri üçün keçirtdiyini bildirib.
    Təntənənli mərasim gənclərin rəqsləri ilə gecə yarısına qədər davam edib.

Səbinə Zöhrabqızı
Ramal Gülməmmədov

Muz-Tv.az

678 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
19 İyul






































18 İyul