Aktrisa dörd ildən sonra boşanır
Rəqqasə oğlunun üzünü gizlətdi - foto
Meyxanaçının qızının toyu yenə təxirə düşdü
Məryəm Üzərlinin xəyalı gerçek oldu

Facebook instagram Twitter Youtube
ULDUZ

Cennifer Lourens təqdimatda yıxıldı

11-11-2015


    Aktrisa Cennifer Lourens "Aclıq oyunları" növbəti hissəsinin təqdimatına qatılıb.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, baş rolda çəkildiyi filmin Madrid premyerasına uzun qara libasda qatılan aktrisa xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, qırmızı xalça üzərində ayağı libasına dolaşan aktrisa yıxılıb. Qeyd edək ki, bu, C.Lourensin kameralar qarşısında ilk yıxılması deyil. Bundan əvvəl 2013 və 2014-cü illər Oskar mükafatlandırma gecələrində bu hala düşmüşdü.

   Hər zaman ekstravaqant çıxışları ilə seçilən müğənni Mayli Sayrus növbəti qalmaqallı addımını atıb. İfaçı sosial şəbəkədə nostalji fotosunu paylaşıb. Musiqili tədbirlərin birində lentə alınmış şəkil qısa müddətdə böyük müzakirə mövzusuna çevrilib. Mayli fotoda kulisdə çılpaq şəkildə əyləşərək kameraya poz verib. Bu, izləyicilərin çoxunu təəccübləndirməsə də, müzakirə olunmaqdan da qalmayıb. 

   Kolumbiyalı müğənni Şakira vətəndaş nikahında yaşadığı futbolçu əri Jerar Pike və böyük oğlu Milanla mükafatlandırma mərasiminə qatılıb.Tanınmış cütlük Barselonada baş tutan gecənin diqqətçəkən simaları olub. 28 yaşlı Pike ilə 38 yaşlı Şakiranın tribunada romantik anları paparassilərin gözündən yayınmayıb. Qeyd edək ki, Şakira gecəyə qara mini libasda yollanıb. İfaçı, saç və makiyajında isə, hər zaman olduğu kimi, sadəliyə üstünlük verib.

   Burak Özçivit və Neslihan Atagülün baş rollarda oynadığı "Kara sevda" serialının bugünkü buraxılışında tamaşaçıları sürpriz gözləyir.Serialda Çağatay Ulusoy və Leyla Lidia Tuğutlunun "Delibal" filmindəki tanış olmaq səhnəsi göstəriləcək.Hər iki layihənin müəllifi olan "Ay Yapım" bu sürprizlə həm serialın reytinqini yüksəltmək, həm də filmin reklamını etmək niyyətindədir.

 

Əhəd Miriyev

 

MuzTv.az

640 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
12 İyul


















11 İyul