Müğənni evini satışa çıxardı
Model ona sevgi etirafı etdi
Nəsrin sevgilisinə stilistim və dostumdur dedi
​Dənizdə romantik anlar yaşadılar - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Alim Qasımov qızı ilə xaricdə konsert verəcək

29-09-2015


   Azərbaycanın xalq artisti, xanəndə Alim Qasımov Norveç və İsveçrədə konsert proqramı ilə çıxış edəcək.Report.az xəbər verir ki, bu barədə  xanəndənin mətbuat katibi Səadət Möhübova bildirib. Onun sözlərinə görə, A.Qasımov oktyabrın 26-dan 30-dək Norveçdə qastrol səfərində olacaq. S.Möhübova bildirib ki, Norveçdə baş tutacaq konsertdə xalq artisti Alim Qasımov qızı, əməkdar artist Fərqanə Qasımova ilə birlikdə çıxış edəcək. Xanəndələr tar və kamançanın müşayiəti ilə oxuyacaq. Növbəti qastrol səfəri isə noyabrın 4-dən 7-dək İsveçrəyə olacaq. Bu ölkənin Cenevrə şəhərindəki konsertdə Alim Qasımovu ansambl müşayiət edəcək

   “Eurovision 2011” qalibi Eldar Qasımov imicində dəyişiklik edib. Müğənni saçlarını sarı rəngə boyatdırıb. 

   Müğənni Gülay Zeynallı “Sevgilim” adlı yeni mahnsını təqdim edib. Mahnının sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Aynur Adilqızına məxsusdur. Bəstənin aranjimançısı Fərid İman, klipin rejissorları isə Samirə Avcı və Hafiz İsmayıldır. 

    Bir müddət əvvəl ana olan müğənni İradə İbrahimovanın yeni fotoları yayılıb. Şəkli ifaçının vizajist bacısı Nigar İbrahimova paylaşaraq, onun qısa vaxt ərzində necə arıqladığını vurğulayıb: “Bacımın dünənki toydan görüntüləri. 18 günlük ana olasan, arıq qalasan. Halaldı sənə”.

 

 

Əhəd Miriyev

 

MuzTv.az

693 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
10
























9