Aktrisanın evinə basqın edilib
Dua Lipa kamera qarşısına keçib-foto
Zendayanın sentyabr fotosessiyası
Sərdar Ortaç kəndə köçür

Facebook instagram Twitter Youtube
ULDUZ

Beyons vergidən yayınmaqda ittiham olunur

01-06-2023


Məşhur amerikalı müğənni Beyons 2,5 milyon dollar məbləğində vergidən yayınmaqda ittiham olunur. Mtv.az xəbər verir ki, ABŞ Daxili Gəlir Xidməti ifaçının dövlətə 2,8 milyon dollar məbləğində vergi ödəmədiyini bildirib. Məbləğin təxminən 805 min dolları 2018-ci il, 1,4 milyon dolları 2019-cu illəri əhatə edir. Həmçinin, buraya 449 min dollar məbləğində cərimə də daxildir. Beyons isə öz növbəsində vergi orqanının qərarı ilə razılaşmayıb, məlumatların yenidən yoxlanılmasını tələb edib. Xatırladaq ki, müğənninin sərvəti hazırda təxminən 500 milyon dollar dəyərində qiymətləndirilir. Onun həyat yoldaşı, reper Cey-Z isə sonuncu dəfə "Forbes"in hasablamalarına görə, 2,5 milyardlıq sərvəti ilə dünyanın ən zəngin hip-hop sənətçisidir.

55 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti