ULDUZ
Ebru Gündeş sevgilisi ilə barışıb-foto
09-03-2023

Türkiyəli müğənni Ebru Gündeş bir müddət əvvəl ayrıldığı, özündən 19 yaş kiçik iraqlı iş adamı Rassan Xoşnavla barışıb. Mtv.az xəbər verir ki, cütlük Dubayda yenidən obyektivlərə tuş gəlib. Ebrunun istirahət üçün getdiyi ölkədə ikilinin barışdığı ortaya çıxıb. Bundan başqa, cütlüyün niyə ayrılıq qərarı aldığı da bəlli olub. Belə ki, bu, Rassanın ailəsinin təkidi ilə baş verib. Onlar Ebru ilə Rassan arasındakı yaş fərqinə görə nikaha razı olmayıblar. Xatırladaq ki, Gündeşin Rassandan Dubayda dünyanın ilk yeddiulduzlu hoteli "Burj Al Arab"ın kral dairəsində dəyəri 1.8 milyon dollar olan təkdaş üzüklə evlilik təklifi aldığı iddia olunmuşdu.



34 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyun
31 May