Demet Meqan Marklını tənqid edib - foto
Aktyor evliliklərini sonlandırmaq istəyir
Bülənt Ərsoya qızıl kəmər hədiyyə edilib - foto
Hollivud ulduzundan yeni fotosessiya

Facebook instagram Twitter Youtube
ULDUZ

Cerri 12 il həbsdə yatacaq

11-08-2022


"Netflix" ulduzu Cerri Harris 12 il müddətinə həbs olunub. Mtv.az xəbər verir ki, 22 yaşlı aktyor yetkinlik yaşına çatmayan uşaqları ona seksual xarakterli foto və videolar göndərməyə məcbur etməkdə, həmçinin, idman yarışları zamanı azyaşlı oğlanları incitməkdə ittiham olunduqdan sonra ABŞ-ın rayon hakimi belə bir hökm çıxarıb. Harris 2018-ci ilin dekabrından 2020-ci ilin martına qədər sosial şəbəkələrdə tanış olduğu uşaqlardan seksual xarakterli video və fotolar aldığını qəbul edib və məhkəmə zalında qurbanlarından üzr istəyib: “Sizə verdiyim bütün travmalara görə çox təəssüflənirəm. Ruhumun dərinliyində dua edirəm ki, əziyyətiniz bitsin. Pis adam deyiləm. Hələ də kim olduğumu və məqsədimin nə olduğunu öyrənirəm”. Xatırladaq ki, aktyor 2020-ci ilin sentyabrında uşaq pornoqrafiyası hazırlamaqda ittiham olunub.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti