Rihannanın nişanlısının evində silah tapılıb

Müğənni Rihannanın reper nişanlısı Eysap Roki (Rakim Mayers) evində silah tapılıb. Mtv.az xəbər verir ki, bir müddət əvvəl saxlanılan və yolda qarşlaşdığı şəxsi güllələməkdə təqsirli bilinən reperin evində araşdırma aparılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkarlanan silahın hücumda istifadə edilib-edilmədiyini öyrənmək üçün ballistik sınağa göndərilib. Eysap bu yaxınlarda 2021-ci ilin noyabrında küçədə yaxınlaşdığı şəxsə 3 dəfə atəş açmaqda təqsirli bilinərək Los-Anceles hava limanında saxlanılmışdı. O, 500 min dollar girov müqabilində sərbəst buraxılmışdı. Musiqiçi aprelin 20-də Rihanna ilə Barbadosdan istirahətdən qayıtdıqdan dərhal sonra Los-Anceles hava limanında nəzarətə götürülüb. Bir neçə saat sonra o, 550 min dollar girov ödədikdən sonra sərbəst buraxılıb. İttihamçı bildirib ki, 2021-ci il noyabrın 6-da A$AP Rocky iki nəfərlə birlikdə küçədə ona yaxınlaşıb. İddiaçının sözlərinə görə, münaqişə nəticəsində 4 atəş açılıb, onlardan biri sol qoluna dəyib. Daha əvvəl xəbər verilmişdi ki, hamilə Rihannanın nişanlısı reper həbs olunandan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
