ULDUZ
Mahsun Kırmızıgül xanımına xəyanət edib
18-04-2022

Türkiyəli müğənni Mahsun Kırmızıgül vəkil həyat yoldaşı Ece Binaya xəyanət edib. Mtv.az xəbər verir ki, sənətçinin ötən gün sosial şəbəkələrdə kimliyi bəlli olmayan xanıma səmimi görüntüləri yayılıb. "Al sana haber" verilişində isə Seyhan Soylu Kırmızıgülün pərəstişkarı ilə eşq yaşadığını deyib: "Dörd ay əvvəl həyat yoldaşı ilə mübahisə edib. Həmin ərəfədə prodüser Murad Tokatın evində 10 gün qalıb. Bu qızla isə uzun müddətdir münasibətdədir. Ərinin xəyanətini Ece Binay da öyrənib". Xatırladaq ki, Mahsun və xanımı 6 il əvvəl ailə qurub.

33 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyul
30 İyun