Aktrisa uşaqlarını yad insanlardan qoruyur

İspan ulduz Penelopa Krus aktyor həyat yoldaşı Havyer Bardemlə övladlarına sosial şəbəkələrdən istifadəyə icazə vermədiklərini açıqlayıb.
Mtv.az xəbər verir ki, aktrisa müsahibəsində uşaqlarını yad insanlardan qorumaq üçün bu addımı atdıqlarını ifadə edib.
Penelopa özünün də nadir hallarda sosial şəbəkələrdən istifadə etdiyini vurğulayıb. Onun fikrincə, bu gənc nəslə son dərəcə mənfi təsir göstərir:
"Texnologiyayanın övladlarımın həyatındakı roluna ciddi yanaşıram. Bu qadağa onların ən azı 16 yaşı olana qədər davam edəcək. İndiki yeniyetmələrə yazığım gəlir. Sanki dünya onlarla təcrübə aparır, “Görək 12 yaşlı uşağı bu qədər texnologiya ilə tanış etsək nə olacaq” kimi. Sosial mediada həmin yaşda uşaqlar üçün heç bir müdafiə yoxdur. Onların hələ inkişaf mərhələsində olan beyinləri heç bir şəkildə qorunmur. Bütün bunlar onlara mənfi təsir edir. Bunlar yaşadığımız uşaqlıqdan çox fərqlidir".
Xatırladaq ki, cütlüyün Leonardo adlı 10 yaşlı oğlu və Luna adlı 8 yaşlı qızı var.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
