"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Xəyyam maddi imkanları ilə bağlı etiraflar edib

07-01-2022


"Tamaşaçılar məni güclü görürsə, bunun da səbəbkarı anamdır. Atam dostu ilə Qubaya yas yerinə gedirdi, qəzada dünyasını dəyişib. O hadisədən bir neçə ay əvvəl bir ay Amerikaya getdik, ordan da Türkiyəyə qayıdıb istirahət etdik. Sən demə, bu bizim son birgə istirahətimiz imiş". Mtv.az xəbər verir ki, bu sözləri müğənni Xəyyam Nisanov deyib. Sənətçi atasının ölümündən danışıb: "Yaxşı yadımdadır ki, atamın qəzaya düşməsi 1-ci gün baş vermişdi. Bazar günü gəldi işdən, dedim ki, biz sabah dərsə gedəcəyik. Dedi ki, təəssüf yox. Mənim pulqabım var, ora hər gün pul atırdı. Həmin gün 10 qat çox pul atdı. Səhər 9-da evdən çıxdı. 11-də Qubaya çatanda belə bir xəbər aldıq. Ayda 2-3 dəfə onun məzarını ziyarət edirəm. Həyatımda olan bütün hadisələri onunla bölüşürəm. Yeganə insandır ki, onunla virtual olaraq danışıram. 26-27 ildir mən 1 gün də hiss etməmişəm ki, o yanımda yoxdur". Xəyyam şou-biznes nümayəndələrinin maddi imkanları ilə bağlı etiraflar edib: "Deməzdim ki, ən bahalı kişi sənətçilərindənəm. Bizim o qədər varlı sənətçilərimiz var ki... Azərbaycanda kasıb bir müğənni yoxdur. Maşallah olsun, hər kəsin yetəri qədər evləri, maşınları var. Efiri açanda isə görürük ki, deyirlər, iş yoxdur, ağlayır. Kimsə əgər fikirləşirsə, xarici markalı avtomobilini digər xarici avtomobilə dəyişmək problemdir və bu kasıbçılıqdır, mən bunu belə hesab etmirəm. Mənim musiqiçilərimin hərəsinin 1 yox, 2 avtomobili var. Yeni tikilmiş binada mənzilləri var. 20 ildir bu işin içindəyəm, hamını gözəl bilirəm. Təəccüblənirəm ona görə ki, hansısa tanınmış ifaçı çıxıb deyir, çörək tapa bilmirəm. 60 yaşa çatıb, deyir ki, heç nəyim yoxdur. Dünyaca məşhur ulduzlar nə qədər vergi verirlər, bundan xəbəri olan var? Onlar gərlirlərinin 50 %-ni vergiyə verirlər". Ailəsindən bəhs edən ifaçı "Kanservativ insanam. Nəinki həyat yoldaşım, anam, bacılarıma qarşı da eləyəm. Qız övladlarım olandan sonra daha da kanservativ olmağa başladım. Onların üzərində daha da böyük məsuliyyətim var. Qızlarıma qarşı ciddi olacam, qadağalarım mütləq ki, olacaq. Həyat yoldaşıma da deyirəm ki, sən güclü olmalısan. Qadın özünə güvənməlidir. Maşallah, ali savadlı qızdır. Xanımımla aramızda 13 yaş fərq var. Yaşın heç bir fərqi yoxdur. Əsas odur ki, bir-birimizi başa düşək. Güzəştə gedək. 5 il ərzində aramızda heç bir mübahisə olmayıb . Qısqanclıq olması çox normaldır. Özümü evdə ulduz kimi deyil, həyat yoldaşı kimi aparıram. Həyat yoldaşımın zövqü mənə çox önəmlidir, onun rəyi ilə məsləhətşirəm tez –tez" sözlərini əlavə edib.

87 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May