"Murda" ləqəbli repçi həbs olunub
"Rəcəb İvedik 7" filmi çəkilir
Müğənni yol hərəkəti qaydalarını pozub
Reper öldürən şəxs həbs olunub - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Hollivud ulduzu qadınları müdafiə etdi

05-01-2022


Hollivud ulduzu Cennifer Eniston qadınların şəxsi həyatlarında kişilərdən daha çox təzyiqə məruz qalmasına etiraz edib. Mtv.az xəbər verir ki, bu barədə aktrisa "Hollywood reporter" jurnalına müsahibəsi zamanı danışıb. O, şəxsi həyatında da qarşılaşdığı problemləri haqsız hesab etdiyini bildirib. Keçmiş həyat yoldaşları, aktyorlar Bred Pitt və Castin Terudan ayrılan Cennifer yenidən evlilik qərarı alarsa, kişilərlə müqayisədə daha çox tənqidlə üzləşəcəyini vurğulayıb: "Kişilər qocalanda belə 20 yaşlı xanımlarla istədikləri qədər ailə həyatı qura bilirlər. Buna görə, onları qınayanlar belə olmur. Lakin qadınlar bunu edəndə həmin reaksiya əvəzinə tənqidlə qarşılaşırlar. Bu ikiüzlülükdür". Aktrisa övladı olmasa da hamiləlik xəbərləri ilə daim gündəmə gəlməsinə əsəbiləşdiyini qeyd edib: "Qadınları saldıqları çərçivə absurd və narahatedicidir. Bədənimizə nəyin yaxşı gəldiyini özümüz qərar verə bilərik. Bu seçim bizimdir. Yalnız bizi maraqlandıra bilər”.

70 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 May
















16 May