ULDUZ
Xatun "Eurovision 2011" qalibini zövqsüz adlandırıb
07-12-2021

Müğənni Xatun Əliyeva "Eurovision 2011" qalibi Nigar Camalı zövqsüz adlandırıb.
Mtv.az xəbər verir ki, sənətçi teleproqramın birində qonaq olarkən sənət adamlarının fotoları göstərilib.
O bildirib ki, Nigarın geyim tərzini bəyənmir: "Nigar Camalı yaxından tanımıram. Mənfisini deyim: fiziki olaraq gözəldir. Modanı diqtə edə bilmir. Mən edə bilmirəm, kilolarım üçün kompleksim var. O isə kompleksizdir. Nigar gözəl geyimlərlə tərz ola bilər. Bizdə Röya elədir, Nigar yox".
Nigar isə Xatunun onun haqda dediklərinə "Sadəliyə daha üstünlük verirəm. Ona görə də mənim üçün parıltı maraqsızdır" cavabını verib.
105 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17
16