ULDUZ
Nadir oğluna toyu dekabrda edəcək
27-11-2021

Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toy vaxtını açıqlayıb.
Mtv.az xəbər verir ki, sənətçi müğənni Roza Zərgərlinin bunla bağlı suallarını cavablandırıb.
"Toy dekabrdadı. Gününü deməyim, evdə qadağalarımız var. Oğlum istəmir toyu çəkilsin, sosial şəbəkədə yayımlansın. Dekabrın ikinci yarısında toy olacaq",- Nadir bildirib.
Xatırladaq ki, Loğmanın 25 yaşı var. O, İsveçrədə təhsil alıb. Loğman bu ilin iyulunda nişanlanıb. Nadirin digər oğlu Əziz isə Rusiyada təhsil alır və yaşayır.
113 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17
16