Müğənni eşq iddialarına cavab verdi
Ajda Pekkan şəxsi həyatı ilə bağlı etiraf etdi
Odri Hepbernin həyatından film çəkiləcək
Alişan aktrisa həyat yoldaşından danışdı 

Facebook instagram Twitter Youtube
ULDUZ

Natavandan Elnarəyə cavab: "Artıq bezdirdiniz" 

26-11-2021


Müğənni Elnarə Xəlilovanın Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi ilə bağlı dediyi "Həyat tərzlərimiz fərqlidir. Ona görə də uzaqlaşdım" sözləri mübahisəyə səbəb olub.

Mtv.az xəbər verir ki, sənətçinin bu fikirləri sosial şəbəkədə müzakirə edilib. Bu söz-söhbətdən yorulduğunu vurğulayan Elnarə artıq adı çəkilən sənət adamları haqda ona sual ünvanlanmasına qadağa qoyub:

"Bundan sonra sizə mənə Natavan Həbibi və Röya Ayxan haqqında sual verməyi qadağan edirəm. Elnarə yaradıcılığını sevənlər, hərəniz bir mahnımın adını yazın. O qədər... Sizi sevirəm".

Elnarənin bununla bağlı səhifələrdən birində yayımlanan açıqlamasına Natavan cavabsız qalmayıb. O, "Yadından da bircə çıxsaydıq... Artıq bezdirdiniz" şərhini yazıb.

Elnarənin sosial şəbəkədəki paylaşımına isə Natavan "Budurmu? Məhəbbət payım?" qısa sözlərini qeyd edib. Elnarə isə ona "Hər zaman yadımdasınız" reaksiyasını verib.

Elnarə daha sonra açıqlamalarının belə başlıqla yayımlanmasına etiraz edib. O bildirib ki, bu cür qalmaqallara görə verilişlərə getmir.

51 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti