Sənətçilərin konsert qiymətləri açıqlandı
Tarkan 2 milyon lirəlik təklifi rədd edib.
Castin Biber başına yaylıq bağladı - foto
Bəstəkarın həyatından film çəkiləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Şikayətçi ifaçılardan 1 milyon təzminat istəyir - foto

24-11-2021


Xəbər verdiyimiz kimi, Texas ştatının Hyuston şəhərində keçirilən "Astroworld" festivalında yaranan izdiham nəticəsində 8 nəfər ölüb, 300 nəfər xəsarət alıb.

Mtv.az xəbər verir ki, konsertdə yaralanan 23 yaşlı Kristian Paredes dünyaca məşhur reper Travis Skott və müğənni Dreyklə yanaşı, təşkilatçı şirkətlərdən də şikayətçi olub.

O, ifaçılardan 1 milyon dollarlıq təzminat tələb edir.

Şikayətçi iddia edib ki, ilk çıxış edən Dreyk qarışıqlığa baxmayaraq daha sonra Travislə birlikdə ifa etməyə davam edib. Bu səbəbdən izdiham nəzarətdən çıxıb. O, ərizəsində “Dreyk və Travis Skott kütləni təhrik ediblər” ifadəsini işlədib.

O, bəzilərinin qalıcı olduğunu iddia etdiyi xəsarətlərin müalicəsi üçün 1 milyon dollardan çox təzminat istəyir.

Bundan başqa, Manel Sousa adlı digər bir iştirakçı da artıq məhkəməyə müraciət edib. O, izdihamın ortasında qaldığını və ciddi bədən xəsarətləri aldığını açıqlayıb. Manel 1 milyon dollar təzminatla yanaşı səbəbkarların həbs olunmasını da tələb edib.

ABŞ mediası 50 min adamın iştirak etdiyi tədbirdə, təxminən, 300 nəfərin kəsik və əzik kimi yaralara görə müalicə olunduğunu bildirib. Festivalın ikinci və sonuncu günü isə ləğv edilib.

Konsert zamanı izdihamı görən Travis Skott ifasını dayandırıb və mühafizəçilərdən kömək istəyib. İzdihamın yaranmasına səbəb biletsiz çoxlu insanın əraziyə daxil olması olub. Ölənlər arasında 10 yaşlı uşağın olduğu da bildirilir.



17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti