ULDUZ
Rəşad onların ailə qurmasına inanmır - foto
16-11-2021

Əməkdar artist Rəşad İlyasov aparıcı Şəhriyar Əbilovla rəqqasə Oksana Rəsulovanın ailə qurmasına münasibət bildirib. Mtv.az xəbər verir ki, Rəşad "Həmin onların səmimiyyətinə inanmadığını deyib: "Elə dost deyirlər, ikimizin də oğlu var. Bir az müəmmalı danışırlar. İkisi də xoşbəxt olsunlar. Şəhriyarla bir kanalda çalışırıq, dostumuzdur. Onları dost kimi daha çox sevirəm. Buradan maqazin qoxusu gəlir". Bu arada cütlüyün sosial şəbəkədə nikah fotosu yayılıb. Onların şəklini stilist Nura Babayeva paylaşıb. Xatırladaq ki, Oksana daha əvvəl ailəli olsa da, bu, Şəhriyarın ilk nikahıdır. Oksana 4 ildir gizlətdiyi həyat yoldaşının və oğlu Osmanın atasının Şəhriyar olduğunu deyib.


78 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
26 May