ULDUZ
Rəqsanə ilə Xatun ayrılığa son qoydular
15-11-2021

Müğənni Rəqsanə İsmayılova və Xatun Əliyeva barışdıqdan sonra ilk dəfə bir araya gəliblər. Mtv.az xəbər verir ki, Rəqsanə Bakıda olarkən sənət adamları ilə görüşüb. Onların məclisinə Xatun da dəvət olunub. Həmin görüntülər sosial şəbəkədə paylaşılıb. Xatırladaq ki, Xatun Rəqsanənin arasında toy üsütndə dava düşmüşdü. Xatun ifaçını onun dəvət olunduğu məclisi əlindən almaqda günahlandırmışdı. Rəqsanə isə ona cavabında "Bəziləri deyir, Rəqsanə toyumuzu əlimizdən aldı. Demək istəyirəm, Moskvaya təzə-təzə gəlirsiz. Dostum var, bir zəngim kifayət edər. İstəmirəm Moskvaya yolunuz indidən kəsilsin. Moskva mənlikdir" sözlərini söyləyib.
88 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
26 May