ULDUZ
Xəyyam Reyhan Müslümova ilə bağlı etiraf etdi
08-11-2021

Əməkdar artist Xəyyam Nisanov mərhum müğənni Reyhan Müslümova ilə bağlı etiraf edib.
Mtv.az xəbər verir ki, müğənni R.Müslümovanın onu ifaçı kimi görmədiyini deyib:
"Reyhan Müslümova məni dinlədi və dedi ki, bundan musiqiçi çıxmaz. Onun musiqidən xəbəri yoxdur. Amma mənə inandı, dedi ki, onunla məşğul olmalıyıq. Həyat yoldaşı da musiqiçi idi. Dedi ki, onu öyrətməliyik, yoldaşı razılaşmadı. Amma Reyhan Müslümova məni öz öhdəsinə götürdü və ona sübut etdi. Mən də çalışırdım, əziyyət çəkirdim. Çünki mənə etibar etmişdi, bunu etməliydim. İlk çıxışım "Tut ağacı" mahnısı oldu. Atamın yaradıcılıq gecəsində oxudum".
80 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
26 May