Sənətçilərin konsert qiymətləri açıqlandı
Tarkan 2 milyon lirəlik təklifi rədd edib.
Castin Biber başına yaylıq bağladı - foto
Bəstəkarın həyatından film çəkiləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Elton Türkiyədə konsert verəcək

20-10-2021


Müğənni Elton Hüseynəliyev Türkiyədə konsert verəcək. Mtv.az xəbər verir ki, sənətçi bunun üçün 10 min dollar istəyib. Elton eyni zamanda, təşkilatçılara lüks qarşılanmaq üçün şərt də qoyub. İfaçının xanımı, prodüser Tamilla Hüseynəliyeva xəbəri təsdiqləyib. O, eyni zamanda, Eltonun Bakıda verdiyi konsertlərdən istədiyi qonorarı da açıqlayıb: "Eltonun sənəti var, ona görə də buna dəyər vermək lazımdır. O, çıxışlarına can qoyur, canlı oxuyur. Türkiyədən restoranda konsert vermə təklifi gəldi. Lüks qarşılanma, qalma tələb etdik, bunu özləri də təklif edirdi. Ondan əlavə də 10 min dollar qonorar istədik. Əgər tədbir hansısa bir konsert zalında olarsa, onda ucuz deyə bilərik. Bizim üçün məkan və sənət önəmlidir. Bir müddət əvvəl Elton TRT-də çıxış etmişdi. Çəkilişdən sonra gətirib ona zərf verdilər, içində də 15 min lirə. Dedilər ki, müğənni verilişə gəlirsə, haqqı da ödənməlidir. Bakıda da restoranlardan birində konserti olacaq. Onun üçün 15 min manat qonorar istədik və razılaşdılar". Tamilla Eltonun prodüser Tarix Əliyevlə (Tolik) işbirliyini bitirməsi suallarına isə "Hər zaman Eltonun yanında olmuşam. Verilişlərə getməsini, studiyada mahnı yazdırmasını etmişəm. Toliklə dostluğumuz davam edir. Bəlkə sabah nəsə bir dəvətimiz oldu, Tolikdən xahiş edəcəyik ki, gəlsin yanımızda olsun. Onsuz uzun müddət toy olmadı ki, prodüser işi də olsun" cavabını verib. Elton isə uzun fasilədən sonra toylara başlaması haqda təəssüratlarını bölüşüb: "Pandemiyada işlərimiz tamam dayanmışdı. Məclislər də olmadı. Bir ildən çox hərəkətsizlik oldu, amma yaradıcılığıma ara vermədim. Mahnılar, kliplər hazırladım. Çox şükür, toy başladı və yaranan sıxıntımı aradan qaldıra bildim. Toylarım bol oldu. İndi də ümid edirəm ki, yenidən işə başlayacam və qalan sıxıntılar da bitəcək".

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti