Sənətçilərin konsert qiymətləri açıqlandı
Tarkan 2 milyon lirəlik təklifi rədd edib.
Castin Biber başına yaylıq bağladı - foto
Bəstəkarın həyatından film çəkiləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Çingiz Moskvada sevgi ilə yaşamaq istəyir - video

18-10-2021


"Özümü tanıyandan sufi imişəm, xəbərim olmayıb. Çünki sufilər kəşf etməyi, düşünməyi, analiz etməyi, axtarmağı çox sevirlər. Mən də özümdə bunu hiss etmişəm. Bunlar birinci olub, sonra karyera, məşhur olmaq, pul qazanmaq gəlib. Üç ilə yaxın Bakıda böyük axtarışa çıxmışdım. Məni incidirdi, həqiqətə yaxınlaşa bilməmək, oxuduğum kitabların bir-birinə uyğun gəlməməsi içimdə konflikt yaratmışdı. Yaşadığımız və keçdiyimiz çətin yollar bizi olmalı olduğumuz yerə gətirir. Əsas bunu dərk etməkdir".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev deyib.

Rusiyaya köçən və sufi olmasından danışan ifaçı həyatındakı dəyişikliyi bölüşüb: "Rusiyada yaşayıram, baxıram kimsə əlində içki şüşəsi yerdə sürünür. Qapalı gecələrə gedirəm, müşahidə edirəm. Burada mənimlə insanlar kobud rəftar edirlər. Zərrə qədər belə əsəbiləşmirəm. Bir az onlara görə pis oluram. Heyifdi belə yaşamaq. Özünü belə zəhərləmək heyifdir. Bu gün mənim kefimi korladın, getdim mən də evdə anama əsəbi davrandım. Amma mənə sevgi göstərsən daha yaxşı olardı. Sevgi ilə yaşamaq istəyirəm, qəlb qırmaq istəmirəm. Faydalı olmaq istəyirəm.

Heç kəsi artıq qınaya bilmirəm. bakıda yaşadığım uzun dönəmdə çox şey məni qıcıqlandırıb: niyə insanlar belə israfçılıq edir? Məclislərə egdirdim, çox şey görürdüm. İndi qəbullanıram, insana rahatlıq gətirir. Konfliktlə yaşamaqla insan özünü zəhərləyir".

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti