Madonna 35 yaş kiçik sevgilisindən ayrılıb
Hollivud ulduzuna psixi pozuntu diaqnozu qoyulub
Müğənni mebel şirkətinin siması olub
Supermodel 78 yaşında poz verdi - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Fatimə şou-biznesdə heç kimlə dostluq etmir

04-10-2021


"Səhnəyə ilk addımlarımı atanda bilirdim ki, ailədə, nəslimdə problem olacaq. Gözlədiyim oldu, qarşılaşdım. Bütün bunlar ürəyimdə çatlar qoydu, hələ də o çatlar var. Baxmayaraq ki, qohumlarla münasibətim yaxşıdır, amma çat olanda, onu yapışdırmaq mümkün deyil. Bizi ümumiyyətlə, tanımadılar. Demədilər ki, bəlkə dəstək olaq, başqa bir iş görək. Tibb Universitetində oxuyurdum, dördüncü kursdan həyatımızda elə hadisələr baş verdi ki, biz çökdük.  İstəmədən imtina etməli oldum. Əslində istəyərdim qadın həkimi olum".

Mtv.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva deyib.

O, qohumlarının ona qarşı olan münasibətindən bəhs edib, qızı Aydandan danışaraq, onun ailə qurmasından söz açıb:

"Bu gün qızımın həyatından çox rahatam. Onlardan danışanda kövrəlirəm. Aydanı böyüdəndə çox əziyyətlər çəkdim. O mənim bacım, dostum oldu. Qızımın çox gözəl ailəsi var, kürəkənimdən də razıyam. Düzdür, aralarında hərdən inciklik olanda Aydana deyirəm ki, hər ailədə olur. Qızım yoldaşından bir neçə yaş kiçikdir, bir az kaprizləri ola bilər. Xoşbəxtəm ki, qızım bu yaşda məni nənə etdi.

Özümü tam da xoşbəxt insan saymıram, saymamışam da, bu hiss an kimi ola bilər. Söhbət, pul, var-dövlətdən getmir. Kiməsə bəxtəvərçilik yağdıran insanlardan da qaçıram. Bəxtəvər görünən insanın da öz dərdi var. Onun villası da olsa, tam xoşbəxt ola bilməz".

Fatimə bildirib ki, şou-biznesdə heç kimlə dostluq etmir: "Məndən inciməsinlər, şou-biznesdən heç kimlə zəngləşib, görüşüb, dostluq etmirəm. Uzaq gəzirəm. Balaş rəhmətə gedəndə status yazmışdım. Allah ona rəhmət eləsin. Mənim onunla heç bir problemim olmayıb. Balaşı o xanımdan (bacısı, müğənni Xatun Əliyeva - red.) əvvəl tanıyırdım. O, mənim salonumda çalışdı. Çox gözəl günlərimiz, xatirələrimiz var. İçimdən gəldi o satatus yazdım, heç peşman da deyiləm. Mənə o barədə heç kim nəsə demədi ki, Fatimə bunu et. Allah onun balalarını saxlasın, yaxınlarına səbr versin".

88 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 May
















25 May