Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Nadir Qafarzadə toyda ofisiantla dava edib

14-04-2015


    Nadir Qafarzadə ofisiant ilə baş vermiş mübahisəsindən danışıb. Gecce.az xəbər verir ki, sənətçi yeri gələndə üzr istəməyi bacardığını da deyib.“Səhvin olanda üzr istəməyi də bacarmalısan. Bu yaxınlarda toy məclislərinin birində ofisiantın üstünə qışqırdım. Hətta təhqir də etdim. Özümdən çox çıxmışdım.15 dəqiqə sakitləşib gəldim. Sonra üzr istədim. Yanlışım varsa, üzr də istəyəcəm. Burada bir qəbahət görmürəm”.

    Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində yaranan problemlər onu xəstəxanalıq edib. Qafqazinfo xəbər verir ki, aktyor kəskin böyrək sancıları ilə paytaxt xəstəxanalarının birinə aparılıb. "Bir neçə gün idi ki, böyrəyimdə kəskin sancılar məni narahat edirdi. Bu gün səhər ağrılara dözə bilməyib həkimə getdim. Müayinələrdən sonra məlum oldu ki, böyrəyimdə daş və duz var. İynə vurdular, indi ağrılarım azalıb. Müalicə yazdılar, bəzi qidalardan imtina etməyi tapşırdılar. Xəstəxanada yatmağı məsləhət görsələr də, razılıq vermədim. Çünki işlərim tökülüb qalıb. Həm də xəstəxanada yata bilmirəm”.

    Elnarə Abdullayeva verilişlərin birində oğlu Məhəmməddən söhbət açıb.Xanəndə oğlu ilə alış-veriş edərkən qarşılaşdığı situasiyanı belə dilə gətirib:“Uşaqlarımla keçən dəfə alış-verişə getdik. Oğlum elə şit rəngdə idman ayaqqabısı seçdi ki, mən yerimdəcə dondum. Soruşuram ki, oğlum, sən niyə bu rəngi seçirsən? Mənə deyir ki, ana, indi dəbdir, hamı belə geyinir.Dedim, hamı geyinir deyə gərək sən də edəsən? Bu sənətdə də hamı çox şey edir, anan da onlar kimi olaydı? Olmaz. Sən kişisən, kişi rəngini seç! Kişi səhv buraxmaz. Sabah deyərlər ki, sən keçmişdə nələr geyinmisən…”

    Səidə Sultan onu təhqir edənlərə cavab verib. Müğənni Səidə Sultan aparıcılığını tənqid edənlər haqqında sərt danışıb: "Aparıcılığımı bəyənməyənlər, paxıllıqdan yananların özləri bir vaxtlar efirdə qazan qarışdırıb, soğan qovururdular. Əlbəttə ki, məni istəməyənlər ağızlarına gələni deyəcəklər, normal bir şeydir. Onların sayı da həddindən artıqdır. Mən elə insanlara yazıq kimi baxıram. Mən beləyəm, siz məni sevin deyə dəyişməyəcəyəm. Çox çətinliklərdən keçmişəm, məni çox əziblər".

 

Elyar Sadıqlı

 

Muz-Tv.az

587 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral