Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Emma Stounla Endryu Qarfild ayrılıblar

13-04-2015


    Hollivudun “mükəmməl cütlüy”ü kimi tanınan, “Spider man” (“Hörümçək adam”) filminin qəhrəmanları Emma Stounla Endryu Qarfild ayrılıblar. “People” dərgisində yer alan məlumata görə, məşhur cütlüyün münasibətlərini bitirməsinə səbəb Endryunun xeyli müddətdir Taylandda davam edən film çəkilişləri üzündən Emmadan uzaqda qalmağıdır.

Dünyanın ən gözəl cütlüyü adlandırılan 31 yaşlı aktyorla 26 yaşlı aktrisa 2011-ci ildə “Yeni hörümçək adam” filminin çəkilişləri zamanı tanış olublar.

    Keçmiş futbolçu Devid Bekhem beşinci dəfə ata olacaq. 39 yaşlı futbolçu bu dəfə aktrisa Liv Taylerlə menecer Deyv Qardnerin 2 aylıq oğullarının xaç atası vəzifəsini yerinə yetirəcək.

Körpənin xaç suyuna salınma mərasimində gerçəkləşəcək belə bir missiyanın Devidə həvalə edilməsi təsadüfi deyil. Deyv 4 uşaq böyüdən Bekhemin bu iş üçün ən uyğun insan olduğunu düşündüyünü bildirib. Qeyd edək ki, Devid-Viktoriya Bekhemlərlə Liv Tayler-Deyv Qardner cütlüyü yaxın ailə dostudurlar.

     Yenicə ana olan aktrisa Özgü Namalın körpəsinin ilk fotosu yayılıb. Reklamçı Sərdar Oralla münasibətindən Nəfəs adlı oğlu dünyaya gələn aktrisanın doğuşu evində gerçəkləşib. 3 kiloqram yarım çəkisi və 52 santimetr boyu olan uşaqla Özgünün vəziyyəti yaxşıdır.

    “Poyraz Karayel” serialının baş rol ifaçıları Burçin Tərzioğlu ilə İlkər Kalelinin sevgi münasibətinin qısa sürməsinin səbəbi məlum olub. İ.Kaleli ayrılmalarının səbəbini belə izah edib: “Məndən yaxşı ər olmaz, ona görə ayrıldıq”. Xatırladaq ki, ailə qurmağa hazırlaşan cütlük bir-birlərinin valideynləri ilə də tanış olmuşdu.

Burçin Tərzioğlu aktyor Murad Yıldırımın keçmiş həyat yoldaşıdır.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

590 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral








22 Fevral