Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Firəngiz Mütəllimova yeni filmə çəkilir

13-04-2015


    Xalq artisti Firəngiz Mütəllimova “Son səhnə” adlı yeni filmdə çəkilir. Axşam.az-ın məlumatına görə, o, ekran işində tərəf müqabilinin xalq artisti Fəxrəddin Manafov olduğunu vurğulayıb: “ARŞ film” studiyası çəkir. Azərbaycanda ilk qorxu filmidir. Baş rolda Fəxrəddin Manafov və mənəm. Bacım qızı Gülarə də ekran işində çəkilir. Öldürülən bir qızın anası obrazındayam. Qızım rolunu isə tanınmış türkiyəli aktrisa canlandıracaq. Adını açıqlamağa icazə vermirlər. “Son səhnə” Türkiyədə də nümayiş olunacaq”. Namiq Qaraçuxurlu Aygün Kazımovanın ən uğurulu duet ortağı olduğunu deyib.

    Namiq Qaraçuxurlu Aygün Kazımovanın ən uğurlu duet ortağının özü olduğunu deyib. “Qafqazinfo”nun məlumatına görə, xalq artisti Aygün Kazımova ilə Elçin Cəfərovun “Unutmuşam” duetini dinləyən meyxanaçı mahnı haqda fikirlərini bildirib: “Xalq artisti Aygün Kazımova ilə Elçin Cəfərovun dueti yaxşı alınıb. Lakin düşünürəm ki, Aygün Kazımovanın ən uğurlu duet ortağı mən olmuşam. Bizim duetlər xalq artistinin məşhur Snopp Doggla ifa etdiyi “Coffee from Colombia” duetindən də uğurlu idi”. Aşıq Ədalət efirlərin birində rəqqasə Aytənin oriental oynamasına əsəbiləşib

     Aşıq Ədalət verilişlərin birində aşıq Namiqin saz havası sədasında rəqqasə Aytənin oriental oynamasına əsəbiləşib. Həmin görüntüləri izləyən aşıq hər iki tanınmışın ünvanına nalayiq söyüş söyüb. Namiq ustadın evinə gedərək məsələyə aydınlıq gətirib. Aşıq Ədalət söyüş söyməsini danıb: “40 il əvvəl Namiqin atası ilə çörək kəsmişik. O dostluğu poza bilmərəm. Namiq isə gənc, istedadlı bir oğlandır. Onu tanıyandan mənə hörmət edib, sağ qolumdur. Onu həmişə dəstəkləmişəm, dəstəkləyəcəm də. Onun haqqında söyüş söyməmişəm. Gəlib mənə sübut etsinlər”. Lalə Məmmədov göz yaşlarını saxlaya bilməyib.

     Əməkdar artist Lalə Məmmədova kamera qarşısında göz yaşlarını saxlaya bilməyib. O, müğənni Kayahanla bağlı xatirələrini bölüşüb: “Onun ölümünə tək pis olan mən deyiləm. Hamı onun rəhmətə getməsinə pis oldu. Kayahan bəyin nömrəsini telefonumdan heç vaxt silməyəcəm. Məni Laləciyim deyə çağırırdı. O, qədər təvazökar insan idi ki, onu tərifləməyə də qoymurdu. Martın 21-də İsveçrədə idim. Biletimi İstanbula aldım ki, gedib onunla görüşüm. Martın 20-də xanımı İpək zəng etdi ki, Kayahanı reanimasiyaya yerləşdirdik. Ona hədiyyə də almışdım, verə bilmədim”

 

Elyar Sadıqlı

 

Muz-Tv.az

591 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral




22 Fevral