Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya Ayxan: “Ay ağdamlı balası, bir az sadə ol”

11-04-2015


   Müğənni Röya Ayxan ona özündənrazı deyənlərə cavab verib. Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda sosial şəbəkədə yazıb: “Yekəxana insanları sevmirəm. Bəlkə də düzgün hərəkət etdiyim halda kənardan baxan məni özündənrazı adlandırır. Amma bu şəklə baxanda özüm-özümə “ay ağdamlı balası, bir az sadə ol” deməyim gəldi”.

   Müğənni Gülay Zeynallı həyat yoldaşı, idmançı Kamil Zeynallı ilə boşanmaları haqda yayılan xəbərlərə son qoyub. Sənətçi açıqlamasında xoşbəxt olduqlarını deyib: “Kamil də, mən də verilişlərdə yalnız işlərimizdən danışmaq istəyirik. Ailəmizlə gündəmə gəlməyi sevmirik. Son günlər bəzi verilişlərdə ailə mövzusu müzakirə olunurdu, bizi qonaq çağırdılar getmədik. Söz-söhbət də buradan qaynaqlandı ki, guya ayrılırıq. Çox şükür, aramızda heç bir problem yoxdur, hər şey qaydasındadır. Sakitçiliyi çox sevirəm. Öz ailəmdə üç bacı, anam və babam olmuşuq. Çox mehriban idik. Evdə uşağın çox olmasına pis baxmıram. Amma sakit və mehribançılıq istəyirəm”.

   Müğənni Elariz Məmmədoğlu oğlu Məmmədi evləndirmək istəyir. Bu haqda sənətçi açıqlamasında xəbər verib: “Oğlum subaydır. Evləndirmək istəyirik. Ailə quracağı xanımı isə mənimlə anasının öhdəsinə buraxıb. Bizim boynumuza atıb ki, kimi istəyirsiniz tapın. Özü oxumaqla məşğuldur. Yaxşı hüquqşünas olmaq istəyir. Birinci növbədə elmdir. Qohum evliliyinə yaxşı baxmıram. Xalaqızı, dayıqızı bacı hesab edilir. Ona görə də qan qohumluğu olan qızı oğluma almaq istəmirəm”.

   Rusiyalı müğənni Yuliya Saviçeva ilk dəfə Bakının qonağı olacaq. O, “İzbrannoe” ("Seçilmişlər”) adlı konsert proqramı ilə mayın 14-də Musiqili Komediya Teatrında çıxış edəcək. “Fabrika zvezd 2"nin iştirakçılarından olan Yuliya sevilən mahnılarını bu dəfə azərbaycanlı pərəstişkarları üçün səsləndirəcək.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

643 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral