Səmra Rəhimli trendə qoşuldu - foto
Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni

Facebook instagram Twitter Youtube
ULDUZ

Səməd Səmədov: “Toy biznesində birinciyəm”

10-04-2015


    Xalq artisti Səməd Səmədov toy aparmaqda özünə rəqib görmür. Axşam.az-ın məlumatına görə,müğənni açıqlamasında birinci olduğunu deyib: “Azərbaycanın bir çox korifeylərinə baxıb, bu sənətə gəlmişəm. Xalq artisti adına layiq görülmüş ifaçıyam. 20 ildir “Toylar kralı” statusunu daşıyıram. Şou-biznesdə özümü 25-ci, 30-cu sırada görürəm. Sənət başqadır, məclisi idarə etmək ayrıdır. Mən olan toylarda bir nəfər belə yerində oturmur. Səməd Səmədov olan məclisdə başqa müğənniyə ehtiyac yoxdur. Toy biznesində mən birinciyəm".

    Xalq artisti İlhamə Quliyeva müğənni Nadir Qafarzadəyə yeni titul verib. Nadir Qafarzadə bu haqda açıqlamasında xəbər verib: “Bu yaxınlarda İlhamə Quliyeva mənə zəng etdi ki, sənə yeni titul verirəm: “Nadir şah”. Bundan sonra məni “Nadir şah” deyə təqdim edin”.

    Müğənni Gülay Zeynallı “Əl çəksin kədər” adlı yeni mahnısını təqdim edib. Bəstənin sözləri və musiqisi əməkdar artist Elza Seyidcahana məxsusdur. "Elza xanıma təşəkkür edirəm. Onun bu gözəl mahnısına milyon da ödəsəm azdır. Aranjimanı Fərid İman edib" deyə, G.Zeynallı bildirib.

    Əkiz Sevil Sevinc bacıları repertuarlarına yeni mahnı daxil ediblər. Sözləri Zahir Abbasa, musiqisi Tahir Abdullayevə məxsus bəstə “Banu” adlanır. İlk dəfə 6/8 ritmində mahnı oxuduqlarını bildirən bacılar bəstəyə klip də çəkdirəcəklərini vurğulayıblar.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

523 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral










22 Fevral