Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımovanın formada qalma sirri

09-04-2015


   Xalq artisti Aygün Kazımova sosial şəbəkədə qısa şortikdə fotosunu paylaşıb. Axşam.az-ın məlumatına görə, müğənni şəklin yanına “Axşamınız xeyir canlarım” sözlərini yazıb. Qeyd edək ki, son vaxtlar xeyli arıqlayan A.Kazımova bütün günü tərəvəz və meyvələrin qarışığından hazırlanan şirə içdiyini bildirib: "Detoksdur, İstanbuldan gətirilir. İçərisində ancaq meyvə və tərəvəz şirəsi var".

   Müğənni Elton Hüseynəliyev son dövrdə ailələrin tez dağılmasının səbəblərindən danışıb: “Mən şəxsi həyatım haqda danışmağı sevmirəm. Ona görə ailə həyatımdan danışmayacam. Talelər fərqlidir. Ailədə əsas xasiyyətlərin uyğunluğu və sevginin mövcudluğudur. Kişilərin qadınlara hörmətsizliyi, ona əl qaldırması ailənin dağılmasına səbəb olur. Elə ailələr var ki, kənarda özlərini xoşbəxt göstərirlər. Bilmirlər ki, kənardan hər şey olduğu kim görünür. Şou-biznesdə də belə cütlüklər var. Elə ailələrin olmağındansa, olmaması yaxşıdır”.  

    Prodüser Tarix Əliyev rəqqasə Fatimə Fətəliyevanın ad gününə getməməyinin səbəbini açıqlayıb: “Çünki bildim ki, ora gələn insanların çoxu Fatiməni bəyənməyənlərdir. Onların əksəriyyəti Fatimənin uğuruna sevinmirlər. Onun pis günündə və yaxşı halında yanında olmayanlardır. Fatimə ilə dostuq, hətta Hindistanda qalib olub, vətənə qayıdanda hava limanında onu qarşılamağa getdim. Son vaxtlar dəyişilmişəm. Heç kimə dəstək olmuram. Dara düşəndə hamıya kömək olmuşam, amma mənim pis günümdə heç kimdən dəstək görməmişəm. Qoy indi mənə yekəxana desinlər, dəyişməyəcəm”.

    Müğənni Xatirə İslam mərhum sənətkar Məhəbbət Kazımovun "Mən səni sevən gündən” adlı mahnısını repertuarına daxil edib. Sənətçi açıqlamasında bu cür mahnılara müraciət etməsinin səbəbindən danışıb: “Mən səni sevən gündən" çox yaxşı qarşılandı, bəyənildi. Bu yaxınlarda daha bir sənətkarın mahnısını səsləndirəcəm. Möhtəşəm yenilik olacaq. Son vaxtlar oxunmuş mahnılara üstünlük verirəm. Çünki bəstəkarlardan alınan yeni musiqilər reytinq vermir. Gövhər Həsənzadənin “Biri var burda” mahnısını oxuyanda elə bilirdim ki, sənətimdə dönüş olacaq. Alınmadı... Elə bir bayağı mahnı hit olur ki... Belə halları görəndə dəhşətə gəlirəm. Bu gün səsi, sənəti olmayan gündəmdən düşmür. Mənim işim də, sənətim də göz önündədir. Amma indi bir çox gözəl sənəti, səsi olan ifaçılarımız var ki, işi yoxdur”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

580 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel