Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Rihanna yeni klipini təqdim etdi

08-04-2015


    Müğənni Rihanna “American Oxygen” mahnısına çəkilmiş yeni klipini təqdim edib. Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, ifaçının bu mahnısı “R8” albomuna daxildir. Klipin başlıca hissəsi Amerika tarixinə həsr olunub. Ekran işində amerikalıların həyatında mühüm yeri olan müxtəlif epizodlar təqdim edilib.

    Aktrisa Eva Lonqoriya sevgilisi Xose Antonio Bastonla birlikdə Mayamidə dincəlir. 39 yaşlı aktrisa hovuz kənarında gənc sevgilisi ilə uzun-uzadı söhbət edərkən obyektivlərə tuş gəlib. Evanın Xose Antonioya göstərdiyi xüsusi qayğısı da diqqətdən qaçmayıb.

    Aktyor Burak Özçivitlə aktrisa sevgilisi Fəxriyyə Evcən gecə gəzintisində görüntüləniblər. Yağışa tutulan cütlük çətin anlar yaşayıb. Jurnalistlərin “Eşq sənə bənzər” filmində sevgilisinə görə çəkilməsi ilə bağlı suallarına Fəxriyyə belə cavab verib: “Mən peşəkar aktrisayam. Bu cür işlər kiminsə xətrinə görə ola bilməz. Filmdən qonorarımı almışam”.

    Dünya şöhrətli müğənni Adam Livayn Kaliforniyanın Anaheym şəhərindəki konserti zamanı səhnədə qadın fanatının hücumuna məruz qalıb. Müğənni mahnısını ifa edərkən qəfildən bir xanım arxadan ona yaxınlaşaraq boynundan qucaqlamağa çalışıb. Bu zaman dəlisov pərəstişkarını sakitləşdirməyə çalışan Adam cangüdənlərin səhnəyə gəlişini gözləyib. A.Livayn daha sonra açıqlamasında gənc qızın dırnaqları ilə onun qulağını cırdığını deyib: “Çox qəribədir. Gözlərini yumub mahnı oxuyursan və qəfildən qarşında qorxulu sifət görürsən”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

634 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel