Aktyor kənddəki evinə köçdü
 Namiq qol əzələsi böyüdən sənətçiləri bəyənmir
Hadisəi bu dəfə idman geyimində - foto
Aktrisa Honor Blekman vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

İradə İbrahimova: “Mən barda oxumuram”

08-04-2015


    Müğənni İradə İbrahimova barda oxuması ilə bağlı xəbərə münasibət bildirib. Sənətçi yayılanları şayiə adlandırıb: “Aprelin 4-də ailə dostlarımızla birlikdə ad günümü qeyd edirdim. Yaxınlarımın təkidi ilə səhnəyə çıxıb, mahnı oxudum. Bunu kənardan izləyən bir nəfər fotolarımı və videomu çəkib, sayta verib. Onun ailəmi yanımda görməməsi mümkünsüzdür. Ayıb olsun. Mən barda oxumuram, ailəmlə birlikdə ad günümü keçirirdim. Məni bu cür qələmə verən insanları qınayıram. Sosial şəbəkədə həqiqəti bilmədən məni qınayan və xoşagəlməz ifadələr işlədən insanlara etiraz edirəm. Demək istəyirəm ki, məni tanıyan bu səpkili cümlələrə inanmamalıdır. İnsanları təhqir etməkdən aldığınız zövqü heç cürə başa düşə bilmirəm”.

    Müğənni Günay İbrahimli “Sevgi budur” adlı yeni mahnısını təqdim edib. Gürcüstanda lentə alınan bəstənin sözləri Telli Orucqızına, musiqisi ifaçı Elvin Abdullayevə,aranjimanı isə Barekoya məxsusdur.

    Müğənni Kərim Abbasov həyat yoldaşı Təranə üçün mahnı oxuyub. “Gülüm” adlanan bəstənin sözləri Vüqar Rahiyə, musiqisi ifaçının özünə məxsusdur. Yeni işindən bəhs edən sənətçi bunları deyib: “Mahnıda həyat yoldaşımı nə qədər sevdiyimi, ona sadiq qalacağımı və dəyər verdiyimi bildirmişəm”. Qeyd edək ki, 2010-cu ildə Kərim ikinci dəfə Təranə xanımla nikah masasına oturub. Cütlüyün Seyid adında bir oğlu var.

    Müğənni Lətifə Soyuöz “Pusula” mahnısına klip çəkdirəcək. Bu haqda ifaçı açıqlamasında bildirib: “Məhkəmə” klipindən sonra növbəti böyük layihəmi təqdim etməyə hazırlaşıram. Rejissor seçimim yenə də Anar Hüseynovdur. Bu işi ərsəyə gətirmək üçün mənə çox vaxt lazım olacaq. Amma əminəm ki, nəticə istədiyim kimi alınacaq. Sevənlərim məndən növbəti möhtəşəm klipi gözləsin”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

593 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
7 Aprel
































6 Aprel