"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi
Stilist ilə müğənni hələ barışmayıblar
“Dostlar”ın aktyorları 15 ildən sonra görüşür

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayev “Novruzum” adlı yeni mahnısını təqdim etdi

04-03-2015


   Xalq artisti Faiq Ağayev “Novruzum” adlı yeni mahnısını təqdim edib. Maxim.az xəbər verir ki, bəstənin musiqisi Eldar Mansurov, sözləri Xanım İsmayılqızı və İsmayıl Dadaşova aiddir. Mahnıya Novruz bayramını əks etdirən adətlərdən ibarət video çarx da hazırlanıb. Sənətçi yeni işini sosial şəbəkədə paylaşmaqla yanaşı, hər kəsi Od çərşənbəsi münasibətiylə də təbrik edib.

   Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova yenidən Bakıya qayıdıb. O, burada planlaşdırdığı işləri ilə bağlı bir müddət paytaxtda qalacaq. İ.İbrahimova Novruz bayramını da Azərbaycanda keçirəcək. Müğənni həmin ərəfədə istirahət mərkəzlərinin birində konsert verəcəyini də bildirib. Hazırda sənətçinin başı məşqlərə qarışıb.

   “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov əməkdar artist Elza Seyidcahanın yumor komandasını məhkəməyə verməsinə münasibət bildirib. Komandanın əməkdar artisti parodiya etmək hüququ var: “Bizi məhkəməyə vermək Elza xanımın hüququdur, amma bizim də istədiyimiz şəxsi parodiya etmək hüququmuz var. Bu, Elza xanımın şəxsi istəyidir. 100 min manat təzminat tələb edəcəyini bildirib. Manat istəməsin, dollar tələb etsin. Dolların kursu daha yüksəkdir, ona bu sərf edər. Əgər düşünürsə, bizim parodiyalar nəticəsində alçalmış olur, biznesi zəifləyir , ona görə konpensasiya istəyir. Əslində, bu belə deyil. Əgər toylara gedirsə, əksinə qonorarı artacaq, yazdığı mahnıların qiyməti qalxacaq, şairə kimi kitab çap etdirsə, kitabları satılacaq. Bunlardan sonra danışarıq ki, kim kimə konpensasiya ödəyəcək”.

    Müğənni Ayan Babakişiyevanın anasının ad günüdür. İfaçı qardaşı ilə birlikdə gecəyarısı anasına sürpriz edib. Ayan ailəsi ilə fotosunu paylaşaraq, təəssüratlarını bölüşüb: “Dostum, rəfiqəm, bacım, ən əsası qürur duyduğum anam Allah sənə ömür versin. Bütün səhvlərimlə məni qəbul edən insan, nəfəsim... Sənsiz bir günümüz olmasın. 50 yaşın mübarək. Yüz yaşa canım anam”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

610 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Fevral










26 Fevral