Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Karol Uayt: “Modelleri yataqlarından sürüyüb çıxarırdım”

03-03-2015


     Əfsanəvi modellər Sindi Krouford, Kristi Törlinqton, Naomi Kempbell, Klaudia Şiffer, Stefani Seymur və Linda Evangelistanın meneceri Karol Uayt “Çox danışdım?” adlı kitab yazaraq modellərin sirlərini ifşa edib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ən böyük model agentliklərindən biri – “Premier”in qurucusu Karol Uayt kitabında “böyük beşlik”dən, onların kaprizlərindən, gecikmələrindən və bəzən böyük məbləğlərə də etiraz etmələrindən danışıb: “Gecikməsinlər deyə qaldıqları oteldən otaqlarının açarını alıb soyuducularındakı içkiləri götürürdüm. Bəzən yataqlarından sürüyüb çıxarırdım. Sonra çəkiliş müddətini bir neçə saat əvvələ dedim, ancaq görəndə ki vaxtında gəlirlər, qəsdən ona da gecikməyə başladılar”.

     "Pussycat Doll” qrupunun eks-solisti, 36 yaşlı müğənni Nikol Şerzinger yeni fotosessiya etdirib. “Formula 1” yarışının qalibi olan sevgilisi Luis Hamiltondan ayrılan ifaçı maraqlı libasları nümayiş etdirib.

     Müğənni Bülənt Ərsoy getdiyi qızıl dükanlarından birini bağlatdırıb. Yeni kolleksiyadan boyunbağı və bilərzik dəsti seçən sənətçi nağd ödənişlə zinət əşyalarına 120 min lirə (təxminən 50 min manat) xərcləyib. Mağaza işçiləri B.Ərsoyu avtomobilinədək ötürüblər. İfaçı jurnalistlərə açıqlamasında “Pulları payladım, rahatlandım” deyib.

    Türkiyədə yaşayan serbiyalı modelyer İvana Sərt martın 5-də Bakıya gələcək. O, rol aldığı “Yapışıq qardaşlar” filminin qala gecəsində iştirak edəcək. Mərasimdə İvana ilə yanaşı filmin baş rol qəhrəmanı İlkər Ayrıq da yer alacaq.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

 

572 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral




22 Fevral