Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Elza Seyidcahan şeir deməkdən imtina etdi

03-03-2015


   Əməkdar artist Elza Seyidcahan bundan sonra heç bir verilişdə şeirlərini deməyəcək. Axşam.az-ın məlumatına görə, müğənni bu haqda açıqlamasında deyib: “Mən uşaqlıqdan şeir yazıram. Bu qabiliyyətim yeni deyil. İndi yazdıqlarımdan birinə mahnı da bəstələmişəm. Onu Elton Hüseynəliyev oxuyacaq. Şeirlərimə qadağa qoyulub. Onları pulla alıblar. İcazə vermirlər verilişlərdə deyim. Çünki yaxın zamanda şeirlərimdən ibarət silsilə albom çıxacaq. Hamısı eksklüziv olaraq, orada yer alacaq".

   Müğənni Vasif Məhərrəmli gəncləri var-dövlət düşkünü olmaqda qınayıb. Sənətçi açıqlamasında bu sözləri deyib “İndi qızlar deyirlər ki, varlı, pullu kişiyə ərə gedim, çətinlik çəkməyim. Heç kim ailə qurduğu oğlanla əl-ələ verib, problemləri yoluna qoymağa çalışmır”. “Tək gənc qızlar yox, sənətə yeni gələn ifaçıların da bir amalı var: "tez varlanım, cip sürüm, bahalı evdə yaşayım". Mənim heç vaxt belə məqsədlərim olmayıb. Tək arzum müğənni kimi fəaliyyət göstərmək idi. Bir dəfə Ağadadaş Ağayev soruşdu ki, boş vaxtında nə edirsən? Dedim, evdə otururam. Cavab verdi ki, evdə çox oturmaq üzrə birinci yerdə özüməm. Kişiyə evdə oturmaq xoş olmalıdır. Buna şəraiti xanım yaratmalıdır”.

   Türkiyədə yaşayan azərbaycanlı model-aktrisa Günay Musayeva haqqında yeni iddia irəli sürülüb. Türk mediası modelin aktyor həyat yoldaşı Tolqa Karellə boşanmadan özünə yeni sevgili tapdığını yazıb. Məqalədə Günayın iş adamı Vedat Mavuzərlə birlikdə olduğu vurğulanıb: “Model yeni sevgilisi ilə saatlarca İstinya Parkda kafedə oturub. Mərkəzdən çıxarkən fotokameraları qarşısında görən Musayeva həyəcanlanıb. Vedat Mavuzər hadisə yerindən qaçaraq, kafeyə girib. Günay isə fotoqraflardan şəkillərin silinməsini tələb edib. İş adamı ilə bağlı suallara aktrisa “İş üçün bir araya gəldik” cavabını verərək, jurnalistləri aldatmağa çalışıb”.

    Rəqqasə Fatimə Fətəliyeva həmkarı Oksana Rəsulova ilə yaşadığı qalmaqaldan danışıb: “Məni tanıyanlar bilir ki, mən qalmaqalı sevmirəm, sadəcə istəmədən qalmaqala düşürsən. O xanım Azərbaycana gələndə eşitdim ki, o mənə saytlarda söz atıb. Deyib ki, Fatiməni bəyənmirəm, o kimdir? Sonra mən cavabını verdim, söhbət böyüdü. Bizi barışdırsalar da, yenidən problem yaşadıq”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

691 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral




22 Fevral