Müğənni koronavirusa görə maska taxdı - foto
Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımovaya 150 minlik avtomobil hədiyyə etdilər

02-03-2015


    Xalq artisti Aygün Kazımovaya avtomobil hədiyyə edilib. Axşam.az-ın məlumatına görə, bu barədə müğənninin prodüseri Tarix Əliyev (Tolik) məlumat verib. Aygün Kazımova “Mercedes-Benz GL” markalı avtomobilini bundan əvvəlki maşınında olan "99 - DT - 999" seriya nömrəsi ilə idarə edir.

    Müğənni Röya Ayxan açıq-saçıq libasına görə ona irad bildirənlərə cavab verib. Sənətçi açıqlamasında heç vaxt geyim tərzini dəyişməyəcəyini deyib: "Hamının fikrinə hörmətim var. Buna görə də susdum. Mən Röyayam, bunu unutmasınlar. Bu gün qısa, sabah sinəsi və ya kürəyi olmayan paltar geyinə bilərəm. İncəsənət adamıyam, kiminsə mənə söz deməyə haqqı yoxdur. Mən deyirəm kimə nə alıb, satırsınız? Susuram. Amma bu o demək deyil ki, görmürəm. Məndə hər şey gözə girir. Çünki özüm göstərirəm. Başqaları bunu gizli edir deyə bilinmir. Rihannanı Bakıya gətirmiş ölkəyik. İndi mənə deyirlər, ətək geyinməyi unudub. "Christian Dior" bunu paltar olaraq satışa çıxarıb, kostyum deyil. Hamı öyrəşib yalandan namus, qeyrətdən danışsın. Şou-biznesdə bir mənəm səhv olan, qalan hamısı tərtəmizdir. Gedib yeniyetmə qızlarla məşğul olsunlar. Məni alan aldı, hay-hayım gedib artıq. Oxuyum, siz sadəcə qulaq asın. Necə istəyirəm, elə də yaşayacam". Müğənni həmçinin onun ünvanına xoşagəlməz söz deyənlərə xəbərdarlıq edib: "Haqqımda danışmasınlar. Yoxsa, hamının şəxsi həyatını qoyacam ortaya. Bəyəm, hansı kişinin sevgilisi olmur? Hər şeyi açıb danışaram. Mənə barmaq uzatmayın".

    "O səs Türkiyə"nin qalibi, azərbaycanlı müğənni Elnur Hüseynov Türkiyənin “TV 8” kanalında yayımlanan "Şəffaf oda”nın qonaq olub. Xocalı soyqırımından bəhs edilən verilişdə Elnurla yanaşı, millət vəkili Qənirə Paşayeva, “Eurovision” təmsilçilərimizdən olan Dilarə Kazımova, musiqiçi Məryəm Əzizli, "Enbe Orkestri"nin qurucusu Behzat Gerçeker və italyan müğənni Alessandro Safina da yer alıblar. Proqramda Q.Paşayeva Xocalı soyqırımı haqda danışıb. Güneri Cıvaoğlunun aparıcılıq etdiyi verilişdə Elnur və Dilarə musiqi parçaları səsləndiriblər. E.Hüseynov ailəsi və "O səs Türkiyə"yə qatılmağı barədə də danışıb.

   Uzun müddətdir Hindistanda olan rəqqasə Oksana Rəsulova vətənə qayıdıb. Tədbirlərin birinə qatılan sənətçi sürprizlə qarşılaşıb. Belə ki, bir pərəstişkarı Oksanaya üzük hədiyyə edib. Təəssüratını bölüşən sənətçi bunları deyib: “Xanımın adı Yesenya idi. Pərəstişkarım olduğunu dedi. Bu cür sevgi məni xoşbəxt edir. Üzüyün dəyəri önəmli deyil. Əsas diqqətdir”.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

608 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti