Müğənni koronavirusa görə maska taxdı - foto
Seriala yeni aktrisa daxil oldu
"Evlilik önəmli deyil" - müğənni
Aktyor köynəyi ilə diqqət çəkdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur marka yeni kolleksiyasını metroda təqdim etdi

28-02-2015


   Məşhur ingilis markası “Bluebella” London metrosunda yaz-yaz kolleksiyasını təqdim edib. Axşam.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, metronun “Tottenham Court Road” stansiyasında keçirilən dəfilənin məqsədi təkcə kolleksiyanın təqdimatı deyil, həm də səhər işə gedən insanları bir az əyləndirmək olub. Qeyd edək ki, “Bluebella” markası “Bozun 50 çaları” kitabı əsasında çəkilən filmə alt paltarı kolleksiyası və seks oyucaqları istehsal etmək üçün kitabın yazarı E.L.Ceymslə bağladıqları müqavilədən sonra dünyaca məşhurlaşıb.

   Türkiyəli müğənni İşın Karaca qonaq olduğu bir radio proqramında model Adriana Limaya meydan oxuyub. 25 kilo arıqlayan Karaca Adriananın cins geyimlərindən aldığını söyləyib: "Artıq mən də Adrianayam. Hədəfim 34 bədən ölçüsündə olmaqdır. Şou müxbirləri öz aralarında bu yay mənim çimərlik paltarındakı ilk şəklimə mükafat qoyublar".

   İspan rəssam Devid Lopera “Photoshop”da sevimli aktrisalarının kök şəkillərini hazırlayıb. 20 yaşlı rəssam bununla köklükdən əziyyət çəkən insanlara dəstək olub və aktrisaların belə daha gözəl göründüyünü deyib. Layihədə Cennifer Lourens, Emma Uotson, Keti Perri və digər məşhurlar canlandırılıb.

    71 yaşlı müğənni Ajda Pekkanın gənclik sirri ortaya çıxıb. Müğənni Taylandda hazırlanan və bir litrəsi 500 min dollara satılan “ölümsüzlük məhlulu”ndan istifadə edir. Superstar məhlulu bacısı Semiramis Pekkanla Taylanda gedən zaman kəşf edib. Ajda “Viking Mağarası”nda okean suları və ekstra bitkilərdən hazırlanan məhlulu ildə iki dəfə alır. 1 litrlik şüşələrdə satılan məhlulun qiyməti 250 min dollar təşkil edir. Ajda Pekkan isə ildə iki dəfə aldığı üçün toplam 500 min dollar ödəməli olur. “Ölümsüzlük məhlulu”nu içən zaman üz və bədəndəki hüceyrələr yenilənir, insanın enerjisi yüksəlir.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

595 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti