Model türk sevgili tapdı - foto
Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Qanlı Yanvar” filminin İstanbulda qala gecəsi baş tutdu

27-02-2015


    Rejissorluğunu Vahid Mustafayevin etdiyi “Qanlı Yanvar” filminin İstanbulda qala gecəsi baş tutub. Axşam.az-ın məlumatına görə, gecədə Türkiyə və Azərbaycandan tanınmış simalar iştirak edib. Ekran işində rol alan türkiyəli aktrisa Nəbahət Çehrə media nümayəndələrinin suallarını cavablandıraraq, ekran işini çox bəyəndiyini vurğulayıb. “Qanlı Yanvar”ın təqdimat mərasiminə iş adamı Mübariz Mənsimov, türkiyəli rejissor-aktyor Mahsun Kırmızıgül, millət vəkili Qənirə Paşayeva, müğənni İradə İbrahimova, Günel Zeynalova, aktrisa İpək Bilgin qatılıb.

   “Eurovision 2011” qalibi Nigar Camal Xocalı soyqırımını əks etdirən klip çəkdirib. “Broken Dreams” (“Məhv edilmiş arzular”) adlı mahnının musiqisi Turac Berkay Özerə, sözləri Altay Oktara məxsusdur. Ankarada fəaliyyət göstərən Azərbaycan İnsan Kapitalının İnkişafı Mərkəzi “İNDEX”in “Empathy” layihəsi çərçivəsində lentə alınan, Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilən ekran işi 3D formatında, ən yeni texnologiya ilə çəkilib. N.Camalın ingilis dilində səsləndirdiyi mahnı və klipi erməni vəhşiliyini dünyaya çatdırmaq məqsədi daşıyır.

    İfaçı Elton Hüseynəliyev övladlarını necə tərbiyə etməsindən danışıb. Heç vaxt övladlarına əl qaldırmadığını deyən sənətçi onlarla dost kimi ünsiyyət qurmağı məsləhət görür. “Məryəm və Nuray adlı iki qızım var. Aralarında 3 yaş fərq var. Düz bir il böyük qızımın yanında bacısını qucağıma almadım ki, qısqanar. Nə istəyiblər, onu da almışıq. Oyuncaq alanda da iki-iki alıram ki, mübahisə yaranmasın. Evdə it, pişik və tısbağaları da var. Uşaqlara beş yaşına kimi qadağalar qoymaq olmaz. Üstünə gedəndə daha pis nəticə verə bilər. Analarını incidəndə, sözə baxmayanda başa salıram ki, bir də eyni yanlışa yol verməsinlər. Məni də belə öyrədiblər. Əsas düzgün tərbiyə verməkdir. Uşağa deyib, özün yanlışa yol verəcəksənsə, olmaz”.

   Türkiyəli müğənni Öykü Gürman “Rüya bitti” (“Röya bitdi”) adlı ikinci solo albomunu təqdim edib. İfaçı albomunda Azərbaycanın “Qal, sənə qurban” adlı xalq mahnısını da səsləndirib. Öykü bəstəni simfonik orkestrin müşayiəti ilə oxuyub.

 

Əhəd Miriyev

 

Muz-Tv.az

899 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Fevral






22 Fevral